Vacib seçim edəndə olunan dua

Allahım!
Çox çətin seçim qarşısındayam, bilmirəm necə hərəkət edim,hansı addımı atım ki, nəticədə zərər çəkməyim. Allahım! Mənə yardım et, hər hansı bir vasitə ilə mənə doğru yolu göstər ki, düzgün seçim edə bilim.Yalvarıram, məni peşman olmaqdan qoru, həyatımı yanlış seçim etməklə bərbad etməyə imkan vermə.Düşdüyüm vəziyyətdən çıxış yolu tapa bilmirəm, hara üz tuturam, hər şey boşa çıxır, nəyin xeyrimə, nəyin ziyanıma olduğunu görə bilmirəm.Allahım! İnsanlara ziyanıma olan məsləhətləri ilə hərəkət etməkdən çəkindir. Sən və ancaq Sən mənim gözəl məsləhətçim, doğru yol göstərənimsən! Yardımını məndən əsirgəmə, ey mərhəmətlilərin və doğru yol göstərənlərin ən yaxşısı!



Qorxu və pessimizmə düçar olmamaq duası

Allahım !
Qəlbimdə çoxlu qorxu var.Boş-boş şeylərdən belə qəlbimdə qorxu, nigarançılıq yaranır.Sən bizələrə səbirli olmağı, hər məsələdə Sənə təvəkkül edib rahat olmağı buyurmusan. Ancaq mən çox səbirsizəm, Sənə az ümid edirəm, hər şeyin pis olacağını fikirləşirəm, tez-tez ruh düşkünlüyünə düşürəm, yaşamağa həvəsim olmur. Gözəl Allahım, məni bağışla və qarşıma çıxan hər sınaqdan cəsarətlə,səbirlə,təmkinlə çıxmağı nəsib et. Allahım! Bu ümidsizliyim, hər şeyə görə nigarançılıq və qorxu keçirməyim işlərimi çətinləşdirir, həm mənəvi, həm də fiziki sağlamlığımı zəiflədir. Yalvarıram, Sənə olan qorxumdan başqa bütün qorxularımı aradan götür, qəlbimin daim rahatlıq və xoşbəxtlik içində olmasını təmin et.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 732
favori
like
share