Yalançı pəhrizlər

Son güncelleme: 15.06.2010 17:05
  • Ac qalaraq arıqlamaq, çörəyin kökəltdiyini və diyet məhsullarının arıqlatdığını düşünmək.. Səhərlər ac qarına limonlu su içmək, doğru olmayan diyetlərdir. Bütün bunlarla əlaqədar doğru hesab etdiyiniz səhvləri bilirsinizmi?



    Çörək, makaron və plov kimi karbonhidratların diyetdən tamamilə çıxardılması ən pis səhvdir. Diyetə başlandığı zaman çörək, plov və makaron kimi qidaların kəsilməsi su itkisinə səbəb olar. Yəni diyetində karbonhidrat olmayan xanımlar tərəzidəki nəticəni gördükdə arıqladıqlarını düşünsələr belə bədəndən itirilən yalnız əzələ və sudur.



    Limonlu ilıq su və bitki çayları yağları əritməz! Xalq arasında inanılan bir başqa səhv də səhərlər və ya yeməkdən əvvəl ac-acına limonlu isti su içməyin bədəndəki yağları əritdiyidir. Ancaq bu tamamilə səhv bir inancdır! Suyun içərisinə qarışdırılan limon, bitki çayı və soda kimi maddələrin yağları əritmək və yox etmək kimi bir təsiri yoxdur.



    Artıq çəki vermək üçün dərman istifadə etmək! Tək başına dərman istifadəsi çəkinizi idarə etmək üçün kafi deyil. Artıq çəki itkisi üçün dəyişiklik lazımdır. Kilo verməyə köməkçi olan bütün bitki mənşəli məhsullar etibarlı olmaya bilər. Bu məhsulların nəticələri yoxdur.



    Qısa vədə artıq çəkidən xilas olmaq mümkündür! Qısa vədə sürətlə artıq çəkidən xilas olmaq mümkündür, ancaq sürətlə itirilən kiloların eyni sürətlə geri qayıdacağını unutmayın. Qısa müddətdə sürətli, amma keçici artıq çəki itkisi yerinə balanslı rejim seçilməlidir.



    Az qidalanaraq artıq çəkidən xilas olmaq doğrudurmu? İtirilən artıq çəkinin yağmı yoxsa əzələ və su itkisi olduğu çox əhəmiyyətlidir. Düzgün arıqlamaq üçün gündəlik lazım olan qidaları mütləq yemək lazımdır. Az yemək arıqlamaq üçün əhəmiyyətli bir həll deyil.
#15.06.2010 17:05 0 0 0