Əməliyyat-taktiki təlimi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də izləyib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib.

Dövlət başçısı xüsusi təyinatlıların döyüş fəaliyyətinin nümayişinə baxıb, hərbi texnika və silah nümunələri ilə tanış olub.

Məlumat verilib ki, burada nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir.

Ali Baş Komandan bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimləri izləyib.

Hərbçilər qarşısında çıxış edən prezident, Ali Baş Komandan İ. Əliyev hərbi xidmətdə fərqləndiklərinə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92 illiyi münasibətilə bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

Qaynaq:LENT.AZ

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2458
favori
like
share