Sizə türk pizzasının reseptini təqdim edirəm.
Mən sizə yeni bir pizza resepti yaziram. Özüm demek olarki hər həftə istifadə edirəm çox dadlıdır.

Tərkibi:
3 stəkan un
2yemək qaşığı qatiq.
25 qr marqarin
2 çay qaşığı qabartma tozu
1 yumurta
duz.

Hazırlanması:


3 stəkan arasi un ələnir ortasına 2 yemək qaşigi qatiq, 25 qram marqarin (slivicni yag da olar). 2 şay qaşığı qabartma tozu və duz əlavə olunur.

Bunlar yogrulur ve dincelmeye qoyulur. Diqqet: bu xəmirin gəlməyini gözləməyin bu xəmir gəlmir cünki, bunun terkibinde artiq qabartma tozu var sadəcə siz üstünün ərzağını hazirlayana qədər xəmirin üstünü örtüb dincəlməyə buraxin.

Pizzanin üstünə gedən ərzaqlar:
2 pomidor
2 şirin bibər
3-4 sosiska
holland pendiri
mal əti və ya toyuğun döş əti.
2 pomidor, 2 şirin bibər, 3-4 sosiska qaynadılmış mal əti və ya toyuğun döş əti kubik səklində balaca doğranilir, qatışdırılır və duz, istiot vurulur.

Xəmir dincəlməkdən götürülüb oxlavla dairəvi şekilde yayilir.


Sobanın qabına qoyulur və üzərinə mayonez çəkilir.
Daha sonra hazırladığımız erzaqlar xemirin üstünə tökülüb sobaya qoyulur.


180-200 dərəcədə bişirilir.

Sobadan götürməmişdən 5 dəqiqə əvvəl tyorkadan kecirilmiş holland pendiri üzərinə tökülür və sobaya qaytarilir.

5 dəqiqə sonra götürülür.

Və hazırdır! Nuş olsun!

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 16751
favori
like
share
Seda Acikgoz Tarih: 21.04.2013 14:52
Tesekkurler