Üz baxımı

Son güncelleme: 18.07.2010 23:58
  • Üze Qulluq - Gözəl Üz Üçün Nə Etməli - Deriye Qulluq

    Gül suyunun üzümüz üçün onlarca faydasının olduğunu bilirsiniz? Üz təmizliyi və baxımında gülün yeri ayrıdır.Gül suyu ilə başqa bir çox maskalar etmək olar.İlk başda müthiş canlandırır üzü.Məsələn: Gözün altını gül suyu ilə təmizləmək,göz altında əmələ gəlmiş:yorğunluq və qaraltıların təmizlənməsinə kömək olur.Əziz xanımlar bir "gül" kimi görünmək üçün aşağıdaki reseptlərə bir göz atın

    Gül suyu ilə üz təmizləmək:
    - 3 yemək qaşığı gül suyu və 1 çay qaşığı zeytun yağını qoyub yaxşıca qarışdırın və normal halda yaxşıca qaynadın.Üzünüzü yuduqdan sonra bu qarışığı göz və dodağın kənarları xaric üzünüzə sürtün. 5 ya da 7 dəqiqə saxlayın sonra üzünüzü yuyun.Bu gül maskası üzün kirlərini və artıq yağlarını təmizləyir.Gül qoxusu üzü rahatladır və inkişaf elətdirir.
    - 4 litr üzüm sirkəsi içinə 10 ovuc quru gül yarpağını töküb qarışdırın.15-20 gün günəşdə tutub süzün.Qarqara,losyon,makiyaj təmizləyicisi olaraq istifadə edə bilərsiniz.
    - Üç ovuc təzə gül yarpağını beş dəqiqə suda qaynadın sonra,bir çay qaşığı döyülərək toz halina gətirdiyiniz nanə yarpağından,bir xörək qaşığı təzə qaymaq,bir çay qaşığı süzmə bal əlavə edin.
    Hazırlanan qarışıq krem halına gələnə qədər qara unu əlavə edərək qarışdırın.Üzünüz parlaq,nəmli və gözəl olmasını,üçün bu qarışığı üzünüzə sürtə bilərsiniz.



    Saç baxımında gül suyu:
    - 30 qram şampunun içinə 12 damla gül yağı qoyun və qarışdırın.Saç diblərinə masaj eliyərək saçınızı yuyun.Bu maska saçınızı qidalandırır,kəpəklənməsinin qarşısını alır.
    - 4 damla gül yağını saç darağınıza tökün saçınızı darayın.

    Gül yağının faydaları:

    - Antiseptik (mikrob öldürücü )olaraq istifadə edilən gül yağı makiyajı təmizləyər,üzdəki anadangəlmə ləkələrini təmizləyir.Alergiyası olan üzlərə daha xeyirlidir.Üzdə canlılıq gətirir.
    - Boğaz və bu kimi xəstəliklərin sağalmasına kömək olur.
    - Əllərinizin və üzünüzün gözəlləşməsi üçün gül yağını badam yağıyla qarışdırıb,istifadə edə bilərsiniz.
#18.07.2010 23:58 0 0 0