Xüsusilə makaron və sadə plova qataraq yeyəndə çox dadlı olur.

Ət yeməklərinin yanında da qoya bilərsiniz. Mütləq sınamağınızı tövsiyə edirəm.

Salat üçün:



1 paket təzə göbələk (konservdə ola bilər)

1 qab qarnitur (kök, göy noxud, kartof)

3-4 ədəd turşu

Cəfəri

Şüyüd

2 diş sarımsaq

Zeytun yağı

Limon

Duz

Hazırlanması:

Göbələkləri yuyub, suda qaynadın və doğramağa başlayın. (bəzəmək üçün bir neçə dənəsini bütöv saxlayın.)

Qarnituru süzgəcdə süzün ki, suyu getsin.

Şüyüd, cəfəri, turşu və sarımsağı balaca-balaca doğrayın.

Hamısını bir qabda limon, zeytun yağı və duz qataraq qarışdırın.

Qaba qoyun və göbələklər ilə bəzəyərək xidmət edin.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 4880
favori
like
share