Tərkibi:
1 ədəd balaca kələm
300-400 qr döş əti
2 ədəd qırmızı bolqar bibəri
2 ədəd yaşıl bolqar bibəri
3 ədəd orta boy təzə xiyar
10-15 ədəd xırda turşu xiyar
1 dəstə keşniş (istəyə görə dəyişə bilər)
1 konserva bankası qarğıdalı
yetəri qədər mayonez
duz,istiot


Hazırlanması:
Kələmləri nazik uzun doğrayırıq.Biraz duz səpib yumuşalması üçün ovuruq.

Qarğıdalını əlavə edirik.

Bibərləri yarım ay şəklində doğrayırıq.

Göyərtini xırda-xırda doğrayırıq.

Xiyarları uzun-uzun doğrayırıq.

Döş ətini qaynadıb,xırda-xırda doğrayırıq.

Mayonez,duz,istiot əlavə edib yaxşı-yaxşı qarışdırırıq.

Və salatımız hazırdır.Nuş olsun!!!

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 4664
favori
like
share