Ağlayan keks tarifi



Tərkibi:

3 yumurta

1 st şəkər

3 qəhvə fincanı un (300 qr)

1 qəhvə fincanı süd (100 qr)

1 paket qabardıcı

1 paket vanil

2 xörək qaşığı kakao

Keks sobadan çıxınca üzərinə tökmək üçün:

1 st soyuq süd

Keksin üzəri üçün:

1 paket krem şanti

şokolad qlazuru:

2 st süd

3 xörək qaşığı kakao

1 st şəkər

1 xörək qaşığı un


Hazırlanması:

Yumurta,şəkər və vanili qabarana kimi çalırıq.


Südü əlavə edib təkrar çalırıq.

Un,kabartma tozu və kakaonu əlavə edib yaxşı-yaxşı qarışdırırıq.Listi yağlayıb qarışığı listə yayırıq.180 dərəcədə üzəri qızarana kimi bişiririk.


Keks bişənə kimi şokolad qlazurunu hazırlayıb soyuduruq.Bunun üçün qlazurun ərzaqlarını qarışdırıb,ocaqda qaynayıb qatılaşana kimi bişiririk.

Bu arada krem şantini də hazırlayırıq.


Keks sobadan çıxan kimi soyuq südü hər tərəfinə yayılacaq şəkildə tökürük və soyumağa qoyuruq.Soyuduqdan sonra krem şantini keksin üzərinə yayırıq.

Onun da üzərinə qlazuru töküb soyuducuda bir neçə saat saxlayırıq.
Daha sonra dilimləyib servis edirik.Nuş olsun!


Bu da kakaosuz keks.


Müəllif: tormento

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2801
favori
like
share