Məmməd Araz Azərbaycan

Son güncelleme: 23.03.2011 17:33
  • Məmməd Araz

    Azərbaycan

    noimage

    Azərbaycan - qayalarda bitən bir çiçək,
    Azərbaycan - çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı vəsf eyləyərək,
    Azərbaycan dünyasından baxar dünyaya.

    Azərbaycan - mayası nur, qayəsi nur ki,..
    Hər daşından alov dilli ox ola bilər.
    "Azərbaycan!" deyiləndə ayağa dur ki,
    Füzulinin ürəyinə toxuna bilər.

    Oğullan Kür gəzdirər biləklərində,
    Oğulların göz atəşi gözəl əridir.
    Azərbaycan səhərinin bəbəklərində
    Qütb ulduzu, dan ulduzu gözəlləridir.

    Tariximə qara xətli hicri, miladi
    Qılıncların qan ağzıyla yazılmadımı?
    Babaların boz çöllərə bənzər muradı
    Qızıl bayraq dalğasından yaz almadımı!


    İllər olub - kürrələrdə dəmir olmuşuq.
    Sərhədlərdə dayanmışıq küləkden ayıq,
    Od golündə, buz çölünde gəmi olmuşuq,
    Biz Bakının ilk səadət carçılarıyıq.


    Min illərlə zulmətlərə yollar açıqdı,
    Dalğalandı Sabirlərin ümman dünyası.

    Azərbaycan - mayası nur, qayəsi nur ki...
    Hər daşından alov dilli ox ola bilər.
    "Azərbaycan!" deyiləndə ayağa dur ki,
    Ana yurdun ürəyinə toxuna bilər.

    noimage
#22.02.2011 14:25 0 0 0
  • ... Sənin istəyin ...
    noimage
    noimagenoimage
    Yenə həmdəmimdir qələm - dəftərim ,
    Bir küncdə közərən tənha ocağam .
    Niyə darıxmıram səndən ötəri ?
    Axı demişdin ki darıxacağam ...
    Getdin sən . Yeridir dalınca gülsəm ,
    Gedib xatirən də özündən qabaq .
    Bəlkə də biz sabah üz-üzə gəlsək ,
    Səni tanımaram , faciənə bax .
    Arabir beynimdə fikir yelkəni
    Səni xilas edir , məni qərq edir .
    Bəlkə sən özündən apardın məni ,
    Məndəsə qalmadın , nə qəribədir .
    Bəlkə də bundadır bəxtiyarlığın , -
    Mənimlə dil tapmaq deyildirasan ,
    Əgər yoxluğunda yoxsa varlığın
    Demək varlığında sən elə yoxsan .
    Yenə çay qırağı öz görkəmində ,
    Gözləri yol çəkmir cığırın , yolun .
    Meşə sükutunun gizli qəmində
    Təəssüf oxunmur : " Hanı bir qolun " .
    Mən indi bildim ki o dilim axmaq
    Qəlbimdən gizli çox yalanlar demiş .
    Mən indi bildim ki sənli yaşamaq
    Sənsiz yaşamağa bərabər imiş ....
    noimagenoimage

    noimage
#23.03.2011 17:33 0 0 0