Liviya paytaxtında 800 nəfər öldürülüb

Son güncelleme: 22.02.2011 16:54
  • noimage

    Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 800 nəfərə çatıb.

    Lent.az-ın "əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Haaqa tribunalının adı çəkilməyən üzvü bildirib.

    Qeyd edək ki, bundan əvvəl "əl-Ərəbiyyə" ölkədə 600 nəfərin öldürüldüyünü xəbər verirdi. "Human Rights Watch" isə fevralın 21-nə kimi 360 nəfərin öldürüldüyünü qeyd edirdi.

    Qaynaq: Lent.az
#22.02.2011 16:54 0 0 0