8 mart Şer - beynəlxalq qadınlar günü seirleri - Ümit Yaşar oğuzcan anam seiri

Necə xatırlamaram, anam, necə?

Neçə gecələr mənə Laylay söyləyərdin

Xəstə olanda o idi baş ucumda gözləyən,

Bir az yorulan kimi, üzülən kimi, həmən

Alır qucağına oxşayardı, saçlarımı öpərdi.

.

Necə xatırlamaram, anam, necə?

Uzun qış gecələri nağıl nağıldı.

Gözəl çoban qızları, yaxşı qəlbli sultanlar,

Bir suyun axışı kimi keçib getdi zamanlar

İndi nə o dünənki uşaq, nə də nağıl qaldı.

.

Necə xatırlamaram, anam, necə?

Yuyan o idi mürəkkəb ləkəli barmaqlarımı

Axşam bir az geciksəm yollara düşərdi

Küçəyə çıxardı “balam üşümə” deyərdi

Həmən bir jaket toxuyardı bir az boş qalan kimi.

.

Necə xatırlamaram, anam, necə?

Bilirəm yenə qəlbində yerim anam.

Salam sənə Qadınlar günü.

Yeni qayıtmışcasına bir axşam məktəbdən,

Vəfalı əllərindən öpərəm.

.

Müəllif: Ümit Yaşar OĞUZCAN

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 11808
favori
like
share
menemdemen Tarih: 03.03.2012 17:03
təşəkkürlər bu arada mənimdə adım leyladı
N.N. Tarih: 08.03.2011 12:31
Ellerin derd görmesin Leylican..