paxlava tarifi



Xəmir üçün: əla növ buğda unu - 300q, yumurta 1/2 əd., duz - 3q; İçlik üçün: Badam- 180q, şəkər tozu - 180q, darçın - 3q.; Şərbət üçün: şəkər - 160q, bal - 40q.; Təbəqələrin arasına sürtmək üçün yağ - 40q, səthinə sürtmək üçün yumurta - ½ ədəd. Xəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Xəmir 1-3 mm qalınlığında yayılır və yağ sürtülmüş listin içinə sərilir. Xəmirin üzərinə əridilmiş yağ sürtülür, bunun da üstünə üstünə yağ sürtülmüş ikinci qat xəmir salınır. Hər üç qatdan sonra 4-5 mm qalınlığında içlik yayılır. Gəncə paxlavası 23 qatdan ibarət olur, o cümlədən 18 qat xəmir, 5 qat isə badam içliyi. Peçə qoymazdan əvvəl paxlava romb şəklində kəsilir, üstünə yumurta sürtülür. Paxlava istiliyi 180-200 °S olan peçdə 30-35 dəq. ərzində iki dəfəyə bişirilir. Peçə qoyulandan 10-12 dəq sonra list çıxarılıb paxlavanın üstünə şərbət tökülür. Şərbət şəkər və baldan hazırlanır. Üstünə şərbət tökülmüş paxlava peçdə hazır olana qədər bişirilir. Paxlava bişirildiyi listdə də soyudulur.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 6939
favori
like
share
Aşk-a Tarih: 08.03.2011 23:32
isminden yiyecek olduğunu anladım geldim
tşkler paylaşımınız için sözcükleri cözmeye calısağım ..süper görünüyor
N.N. Tarih: 08.03.2011 23:23
Cok dadlı olur..teşekkürler can..