Getmisən şerin dinle




Oyanıb yuxudan gizlin,xəbərsiz
Kağıza “əlvida” yazıb getmisən
Səninlə yaşanan,o xoş günləri,
Bir şirin yuxu tək,yozub getmisən
______*______*______*______
Ağlamaq olarmı,öncə gülmədən?
Məzara girərmi insan,ölmədən?
Bəlkə də heç özün duyub,bilmədən
Əlinlə,qəbrimi qazıb getmisən
_______*________*______*_____
Fələklər apardı nə yaman səni,
Küləkmi,əlimdən qoparan səni?
Deyirdin atmaram heç zaman səni
Bəlkə də yolunu,azıb getmisən
________*______*_____*_______
Qırılıb məhəbbət bağları,simi
Qanatdın,ürəkdən gələn sevgimi
Talehim bir vərəq,sən pozan kimi,
Talemdən xoşbəxtlik,pozub getmisən
________*_____*_____*_______
İçimdə həsrətdən qurulub səki,
Ölərdim,sən xoşbəxt olasan təki
Qəlbimin eşq yolu açılıbmı ki??
Bir özgə qəlbinə sızıb getmisən??



Alıntı...

Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 62935
favori
like
share
MAIN-BOARD Tarih: 24.07.2016 15:06
Tebrikler!
Paylaşımınız haftanın en popüler içerikleri arasında.
Ödüllü Paylaşımlar
N.N. Tarih: 24.11.2012 14:51
Saolasan Yüregim...Benim...Bir-Dostum :45::228:Çokk teşekkürler...
BiR-DOST Tarih: 24.11.2012 14:25
Paylaşan ellerine sağlık gülüm:45:
N.N. Tarih: 31.07.2012 12:36
:45::228:
Ceylan Tarih: 30.07.2012 20:23
Canım eellerine saglık gülümmm :45:

Zaman göz yaşımı gec qurudacaq
Axan göz yaşımı qəlbim udacaq
Demə ki aşiqim tez unudacaq
Səni unudummu? bu mümkün deyil



De sənə bəxş edim daha nəyimi?
Mən səndə tapmışam öz kimliyimi
Sənə həsr etmişəm bu gəncliyimi
Səni unudummu? bu mümkün deyil



Köhnə xatirənə qayıt deyirsən
İsti baxışını soyut deyirsən
Necə rəhmsizsən unut deyirsən
Səni unudummu? bu mümkün deyil



Bülbül nece ayri düşsün çəməndən?
Ayırmaq asanmı ruhu bədəndən?
Mümkünsüz bir işi istəmə məndən
Səni unudummu? bu mümkün deyil



Elisa Agammedli
N.N. Tarih: 04.01.2012 18:16


"Sevmək" dedim... "Yolunda ölmək" dedi...!

"Yol" dedim... "Getmək" dedi...!

"Getmək" dedim... Bir "Ahh" çəkib...

"Dostlardan ayrılmaq" dedi...!

"Dost" dedim... Dayandı... Mənə baxdı...

"Dost" deyə zümzümə etdi...

"Ürəyimdə daim ən vip yerləri tutanlar" dedi..

"Ürək" dedim... "Dünyaları içinə sığdıra bilmədiyim" dedi...!

"Dünya" dedim... "Həyatın bir üzü" dedi...!

"Üz" dedim... "Ardında nə gizli bilmədiyim" dedi...!

"Gizli" dedim... "Həmişə həll etməyə çalışdığım" dedi...!

"Çalışmaq" dedim... "Bitməyəcək əhvalat" dedi...!

"Əhvalat" dedim... "Minlərcəsini içimdə gizləyirəm" dedi...

"Gizləmək" dedim... "Bax,hər şeyin bitimi bu" dedi...!

"Hər şey" dedim... "Sevgi" dedi...!!!

"Sevgi" dedim... "Arxasından qaçdığım" dedi...!

"Qaçmaq" dedim... "O çox sevdiyin Tarix Kitablarini yada sal.

Marafon... Bitməyən marafon...Həyat da sanki bir marafon" dedi...!

"Həyat" dedim... "Elə qısa ki!" dedi...!

"Nə üçün qısa?" deyə soruşdum...

"Yaşanacaq çox şey var, zaman isə yox" dedi...

"Yaşanması lazım olan nə var? " deyə soruşdum...

"Eşq" dedi...!!! "Neçə dəfə?" deyə soruşdum...

"Min dəfə", "Milyon dəfə" dedi...!

"Niyə bir dəfə deyil?" deyə soruşdum...



"Bütün eşqlərin cəmi,ən uca və tək eşq" dedi...!

"Əvvəl ona varsaq olmazmı?" deyə soruşdum...

"Kaş ki olsa" dedi, "Amma əvvəl yorulmaq gərək"...!

"Acı çəkməkmi?" deyə soruşdum... "Bəli,eşq ağrısında yox olmaq" dedi...!

"Yox olunca!" dedim... "Bax gerçək eşqdə o zaman yaşamağa başlarsan" dedi...!

"Gerçək eşq!" dedim... "Böyük o!" dedi...!

Dayandım... Və susdum...

"Niyə susdun?" deyə soruşdu...!

"Ürəyim titrədiyeee sanki" dedim...

"Niyə" deyə soruşdu...! "Bilmirəm" dedim...

"Böyük O!"... "Bəli" dedi, "Böyük O!"...!

"Hardadi?" deyə soruşdum...!



"Hər yerdə" dedi...! "Necə?" deyə soruşdum...

"Ürəyini aç" dedi...! "Ürəyimi açmaq!" dedim...

"Bir təbəssümlə bax hər şeyə" dedi...!

"Təbəssüm" dedim... "Hər qapının açarı" dedi...!

"Qapı" dedim... "Girmədən bilə bilməzsən" dedi..

"Ya qorxu!" dedim... "Bilinməyəndən qorxar insan" dedi...!

"Mən bilmirəm" dedim... "Nəyi?" deyə soruşdu...!

"Helə məni" dedim... "Sən kimsən?" deyə soruşdu...!

"Mən kiməm?" deyə soruşdum... "Sevgiylə bəslənənsən" dedi...!

"Kimin sevgisiylə?" deyə soruşdum... "Böyük Onun" dedi...!

Dayandım.. Yenə susdum.....Kimsən?" deyə soruşdum... "SƏNƏM" dedi...



Alıntı..
N.N. Tarih: 09.10.2011 23:00
Qelbinin yerine bir das bagla sen..


Gedirsen, ne deyim, ne soz soyleyim
Saxlaya bilmedim yolundan seni
Sene inanmisdim, konul vermisdim
...Cox heyif, indice tanidim seni,

Sen menim gozumde uca bir dagsan
Eyilme sevginin goz yaslarina
Subheler qoymadi seni sevmeye
Yalandi.. aldanma goz yaslarima..

Delisov sevgim de, mehebbetim de
Olmayib, hamisini yalan demisem
Baxma ki, indice doldu gozlerim
Yeqin varligina cox oyresmisem..

Qelbinin yerine bir das bagla sen..
Belke esq onunde eyile bildin!
Nece inanmisdim xos sozlerine…
Sen meni deliler kimi sevirdin..?

Sozler, serler de bes etmir mene
Bu derdi daglara danissam azdir..
Bextim gozlerimin icine baxib
Ayagim altinda bir quyu qazdi..

Bagisla sohbetim cox uzun cekdi
Gedirsen yolundan etmeyim seni
Taleyim bes gunluk sevinecekdi..
Indi calisacaq unutsun seni..

Indi ne etsen de, ne soylesen de
Ovuda bilmersen yanan qelbimi
Ozun oz elinle yixdin bu esqi,
Oldurdun, derdinden olen sevgimi,,,,,,

Alıntı..şer..
N.N. Tarih: 05.10.2011 20:15
Çarəsiz

Çökdü vücuduma sağalmaz bəla,
Söylədi həyata denən əlvida
Geçikdin sevgilim gedirəm daha,
Can verən xəstəyə loğman nə lazım?

Saman altdan su yeritdi bu fələk
Demə qismət tale belə neynəyək,
Gəlirdin vaxtında gələrdin gərək,
Can verən xəstəyə loğman nə lazım?

Unutdun özünü unutdun məni,
Anlaya bilmədim heç zaman səni,
Ölürəm....deyirsən: "Sevirəm Səni"!
Can verən xəstəyə loğman nə lazım?

Səndə heç əzab yox səndə cəfa yox,
O daş ürəyində zərrə vəfa yox
Burax əllərimi...! mənə şəfa yox!
Can verən xəstəyə loğman nə lazım?

Alıntı..
N.N. Tarih: 05.10.2011 20:11
Xəyanət!

Ötüb yaşananlar bir yuxu imiş
Bu gecə qəribə bir zülmət oldu,
Hər şeyin bir sonu olur deyirler
Bizimki bitməyən rəvayət oldu.

Düşünən heykəltək durub donubsan
Niyə saralıbsan, niyə solubsan?
Gələn ilk elçiyə razı olubsan
De bunun harası məhəbbət oldu?

İndi sən fəxr elə özünlə öyün
Çalındı vağzalı oldu toy düyün
Barmağa üzüklər taxıldığı gün
Məhəbbət çevrilib xəyanət oldu.

Bu həyat yalansa sevgi yalansa
Dağılıb yox olsun var olmaqdansa
Olan mənə oldu sənə olansa
Neçə qonaqlıqlar ziyafət oldu.

Qurtardı bu röya ay oğlan oyan
Bir şey dəqiqliklə ağlıma əyan
Sevgi yaşayacaq hər an hər zaman
Məhəbbət, ləyaqət, sədaqət oldu!

Alıntı..