
Buz
Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Haçı Mirzə Səttar həkimi
gətirmiÅŸdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən
ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim ÅŸəhərdə iki nəfər müsəlman həkimi var
idi: biri Hacı Mirzə Səttar idi və digəri MəÅŸədi Nurməmməd idi.
Müsəlman həkimi dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi
deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə
oxumuÅŸdu; MəÅŸədi Nurməmməd də elə bizim öz ÅŸəhərimizdə nüsxəbənd kitablarının mütaliəsilə və təcrübə
ilə həkimliyi öyrənmiÅŸdi. Bunların da müalicəsi bir müxtəsərsə nəbzə baxandan sonra ciblərindən xəstəyə
kinə, həb və iÅŸlətmə verməkdən ibarət idi.
Bu müsəlman həkimlərindən savayı ÅŸəhərimizdə rus həkimləri də var idi. Rus həkimi bunlara o səbəbə
deyirdilər ki, bunlar Rusiyada və bəlkə Avropada təhsil tapmışlardı. Və çün bizim camaatın arasında bu
etiqad var idi ki, “rus həkimləri” müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmiÅŸdilər,
onunçun da ağır xəstəlik ittifaq düşəndə həmiÅŸə rus həkimlərini haziq1 hesab edib onları dəvət edərdilər,
savayı kasıb-kusubdan. Bunlar iki abbası fayton pulunun, bir manat rus həkiminin həqqi-zəhmətindən və
yarım manat aptek xərcindən qaçmaq babətindən Hacı Mirzə Səttara, ya MəÅŸədi Nurməmmədə qane olub
beÅŸ-altı ÅŸahı ilə həkimi də dava-dərmanı da ötüşdürərdilər.
Demək müsəlman həkim çağırmaq istəyəndə, buradan bilmək olardı azarlının azarı yüngüldür. Amma
“rus həkimi gətirənlərin də mənası bu idi ki, xəstənin halı qorxuludur.
Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın əri MəÅŸədi Zülfüqar bir köhnə
faytonda bir rus papaqlı kiÅŸi ilə gəlib yendilər. Bu rus papaqlı kiÅŸi rus həkimi imiÅŸ. Buradan mən anladım ki,
xalamın iÅŸi xarabdır. Mən də uzaqda durub həkimin xalama baxmağına tamaÅŸa edirdim.
Xülasə, baxdı qurtardı və bilmirəm nə dedi, nə demədi və həkim faytona minib gedəndə xalamın əri
tələsik mənə bir qəpik verdi və dedi:
-Bala, tez ol, durma, tez, tez bir qəpiklik buz al gətir, ver evə... həkim deyirdi.
Və xalamın əri bu sözləri bir də təkid edəndən sonra anama xəlvətcə nəsə dedi. Evdən bir dənə boÅŸ dava
şüşəsini əlinə alıb mindi faytona, həkimin yanına və sürüb getdilər. Və fayton istəyirdi uzaqlaÅŸa, atam
evimizə tərəf ucadan dedi:
-Ay uşaq, buzu yaddan çıxartmayın.
Bunlar gedəndən sonra anam da həkim gələndə örtdüyü çarÅŸafı yerə tullayıb çökdü halamın yanına və bu
da mənə təkid elədi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki məlum oldu ki, həkim tapşırıb ki,
xalamın ürəyinin üstünə buz qoysunlar və ürəyi sakit olmayınca buzu götürməsinlər.
Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuÅŸdum gedəm düz baqqal çarşısına və buzu alam gətirəm.
Və ÅŸəhərdə oradan savayı bilmirdim harada buz satırlar.
Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq
götürdüm; çünki yazıq xalam dərin gözlərini güclə mənə tərəf çöndərib belə yalvarırdı:
-Qurban olsun sənə xalan, ürəyim pörÅŸələndi, buzu tez gətir.
Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən baÅŸladı hürməyə. Mən əlimə ehtiyat
üçün iki daÅŸ aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorÄŸun “hov, hov” səsi
gəlirdi. Bu it hərçənd çox qoca bir it idi və yol ilə ötüb keçənlərlə də bir acığı yox idi və olmazdı. Hacı
Bayramın oÄŸlu, mənim küçə yoldaşım Åžirəli, mən həmiÅŸə onların qapısından ötəndə haman qoca köpəyi
çağırardı küçəyə və itini küşkürərdi üstümə və özü də, iti də məni bir qədər qovalardılar, amma tuta
bilməzdilər; çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq
gücsüz və əlacsız durduÄŸu yerdə “hov, hov” edərdi. Və mənə xoÅŸ gələn o idi ki, itin bu xasiyyətinə Åžirəlinin
elə bərk acığı tutardı ki, məni boÅŸlayıb baÅŸlardı yazıq qoca iti daÅŸlayıb incitməyə.
Bu da mənə nəhayət xoÅŸ gələrdi. Belə olanda Åžirəli itin acığını istərdi çönüb məndən aslın və çox vaxt
olardı ki, biz bir-birimizlə söyüşərdik və çox vaxt da elə savaÅŸardıq ki, yol adamları bizi gəlib aralardılar.
Çünki dəxi Åžirəli qapıda görsənməzdi, mən də itin hürməyinə qulaq vermədim və xalamı da mülahizə
elədim; yəni bir növ yazığım gəldi və keçdim getdim.
Baqqal çarşısına yetiÅŸdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı,
yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı bu buza baxdı,
buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə.
Buzun ağırlığı olardı təxminən beÅŸ girvənkə. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün
qabağına. Hava ÅŸiddəti isti idi. Yayın orta ayı idi və başımın üstündəki nisfünnəharın2 günü əgər bir imam
mücüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi. Mən istidən qan-tərin içində idim və bir
yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz ÅŸiddətnən əriyib süzələnirdi. Yerdən bir təmiz
daÅŸ götürmüşdüm, hərdənbir buzun böyrünə vurub əzirdim və basırdım aÄŸzıma və alnıma.
Gəldim çatdım Hacı Bayramın qapısına. İtin səsi gəlmirdi. Åžirəli genə görsənmirdi. Hacı Bayramın
darvazasının qabağına yetiÅŸəndə özüm də deyə bilmərəm ki, niyə dayandım. İtin genə səsi gəlmir. Heç kəs
nə qapıda, nə küçənin bir yanında görükmür; yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib.
Adətkərdə olmaq yaman imiÅŸ və mənim də adətim buna idi ki, bircə gün olmayıb ki, bu darvazanın
qabağından ötüb keçəndə ya it mənim qabağıma çıxmasın, ya Åžirəli çıxmasın. Və məlum ki, bunların da biri
çıxanda mənim üçün burada məÅŸÄŸuliyyət olmasın, ya iti daÅŸlamayım, ya Åžirəliylə söyüşməyim və hərdənbir
də onunla dalaÅŸmayım.
Bəs neyləyim? Bir çarəm buna qaldı ki, yerdən iki dənə qıvraq daÅŸ götürdüm, öz evimizə tərəf bir qədər də
uzaqlaÅŸdım ki, bir həngamə törəsə mənə əli çatan olmasın. Və geri çönüb daşın birini tulladım Hacı
Bayramın darvazasına və qaçdım, daha da uzaqlaÅŸdım.
Daldan köpəyin səsini eÅŸidirdim. Qoca it xahi-nəxahi3 çıxmışdı qapıya və xahi-nəxahi öz vəzifəsini ifa
edirdi.
Əlimdəki o biri daşı da tulladım. DaÅŸ itin başının üstündən ötüb keçdi ÅŸaqqıltı ilə dəydi Hacı Bayramın
darvazasına. Burada köpək, deyəsən acığa düşdü; çünki mənə tərəf baÅŸladı hürməyə. Mən qorxumdan
qaçdım, bir qədə uzaqlaÅŸdım və çönüb geri baxanda gördüm ki, itin dalıyca Åžirəli də mənə tərəf tücum edir.
Siz elə bilməyin ki, mən onlardan ehtiyat eləyirdim; bir zərrəcə eləmirdim. Çünki bilirdim ki, köpəyim nə
diÅŸi var məni tutsun, nə taqəti var mənə güc gəlsin. O ki Åžirəli idi, onun öhdəsindən hər halda gələ bilərdim.
Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpaÄŸa buz cızıltı ilə yapışıb az qaldı havaya uçsun. Suyu
axa-axa buzu tez torpağın içindən götürdüm tulladım divarın kölgəsinə və qaçdım yerdəki daÅŸlara tərəf və
qabağıma gələn daÅŸları yerdən qapıb baÅŸladım Åžirəliyə tərəf tullamaÄŸa. Bu da mənə baxıb durdu məni daÅŸa
basmaÄŸa. Köpək də ancaq mən atdığım daÅŸlara özünü çırpırdı və bundan baÅŸqa sahibinin oÄŸluna bir qeyri
kömək göstərə bilmirdi. Biz həmi bir-birimizi daÅŸlayırdıq, həmi bir-birimizi söyürdük. Söyüşlərimiz bu
qəbildən idi: “Ay sənin ananı... filan və filan”.. “Ay sənin bacının... filan və filan”. “Köpək oÄŸlu və it oÄŸlu”,
“ söyüşləri burada o qədər vec vermirdi; səbəb bu ki, toqquÅŸmamız adi bir toqquÅŸmalardan deyildi ki,
söyüşlər də adi olsunlar. Hətta mən ona burada hirsimdən elə bir söyüş göndərdim ki, Åžirəli qeyzindən
aÄŸladı və həmin söyüşü aÄŸlaya-aÄŸlaya mənə geri qaytaranda öz atası Hacı Bayram həyətdən eÅŸitdimi,
eÅŸitmədimi, ancaq gördüm ki, kiÅŸi düz gəldi yapışdı oÄŸlunun qulağından və çəkə-çəkə apardı həyətinə və
dübarə həyətdən çıxdı, mənə tərəf səsləndi:
-Ədə, vələdüzzina, düz yolunnan çıxıb gedə bilmirsən? Mən dinmədim və oturdum divarın dibində.
Ürəyim elə yanırdı ki, az qalırdım yerdəki buzu götürəm soxam boÄŸazıma. Buz da öz iÅŸində, əriməkdə idi.
Genə özümü saxlaÅŸdıra bilmədim və əlimdəki daÅŸnan buzun bir tərəfini əzdim basdım aÄŸzıma və bir alma
yekəlikdə qalan buzu istədim qoyam yerə. Ancaq burada xalam yadıma düşdü və istədim duram qaçam evə
və qalan buzu yetirəm azarlıya. Və burada baxdım ki, Åžirəli durub darvazasının aÄŸzında və mənə tərəf baxır.
Mən də dinmədim və düşdüm yola, evimizə tərəf. Burada Åžirəlidən elə bir söz eÅŸitdim ki, dəxi məcbur
oldum dayanam və ona cavab verəm.
Åžirəli uzaqdan məni haraylayırdı:
-Hə, beləcə it kimi qorxub qaçarsan ha!
Allahü-əkbər... Axı bu söz yaxşı söz olmadı. Burada Åžirəli mənə hər nə desə idi, genə qulaqardına vurub
özümü yetirərdim evə; çünki xalamın ərindən də qorxurdum və bir az da anamdan qorxurdum. Amma, axı,
Allah da görür ki, Åžirəli nahaq söz danışdı, çünki mən onun nəyindən qorxurdum ki! İndi gedirəm evə.
Mən çöndüm dayandım və Åžirəliyə belə cavab qaytardım:
-Ədə, köpək oÄŸlu köpək, mən sənin nəyindən qorxurdum?
-Köpək oÄŸlusan da, it oÄŸlusan da!
Biz baÅŸladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz tikəsini genə qoydum divarın dibinə və o mənə,
mən ona yavıq dəldik və bir-birimizə söyə-söyə yetiÅŸdik, çatışdıq və düşdük yumruq döyüşünə və sonra da
əlbəyaxa olduq.
Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, qoca bir kiÅŸinin qucağındayam.
Bir nəfər də çarÅŸovlu arvad və bir-iki də oÄŸul-uÅŸaq Åžirəlini çəkə-çəkə apardılar evlərinə tərəf. Mən istədim
qoca kiÅŸinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum
kürəyimdə naqafil bir bərk yumruÄŸu hiss edən kimi başımı qalxızdım.
Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı: yumruÄŸunu qalxızmışdı genə yendirsin,
qoyub qaçdım evə tərəf.
Xalamın ərini dalımcan gələn görmədim; yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə
məni bazardan gəlmiÅŸ görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin.
Utandığımdan azarlının yanına getmədim; ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi:
-A balam, sənin görüm ciyərin yansın, necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın.
Xalam məni çox istərdi; onunçun da sonra mən bildim anam mənə bu qarğışı eləyəndə xalam anama belə
deyib:
-Ay qız, Sara, sən Həzrət Abbas, uÅŸaÄŸa elə qarğış eləmə!
Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə aÄŸladım və nə də dərd elədim, necə ki, cəmi
mənim kimi bacı uÅŸağı xalasının ölümünə nə aÄŸlar və nə də dərd edər.
Bununla belə bircə ÅŸey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir.
Nədi o? – Onun adı “buz”dur.
Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin ÅŸiddətindən nəinki xəstələr, bəlkə
salamat adamın da vaxt olur ki, ciyəri yanır.
Və yay fəsli arabalarda daşınan aÄŸ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və
öz-özümə deyirəm: o xoÅŸbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin.
Və çox-çox daha da xoÅŸbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri mə marojnalarına sərf olunur.
Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduÄŸu halda, bircə tikəsinə həsrət qaldı və iki
gün sonra ölüb getdi.
Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taqsır? Məndədirmi ki, itlər ilə dalaÅŸmaÄŸa məÅŸÄŸul
olub xalamın buzunu odlu torpağın içində əritdim? Ya bəlkə günahkar təbiətdir ki, daÅŸ kimi bərk bir buzu
istidən suya döndərir? Ya bəlkə günah heç birimizdə deyil?! Ondan ötrü ki, mən tək tərbiyə görməyən on
yaşında bir uÅŸağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir.
Məqsəd suallara cavab vermək bə belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur.
Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını4 görəndə, bir tərəfdən o buzu ÅŸampanskilərə və
ləzzəti marojnalara iÅŸlədən xoÅŸbəxtlər gözümün qabağına gəlir və eyni zamanda xalamın “ciyərinin yanmağı”
yadıma düşür.
Nə qədər ki uÅŸaq idim, yadıma düşməzdi, elə ki yekəlib aÄŸlım kəsdi, buz əhvalatı mənə hər biri yeri
düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında olduÄŸum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza
həsrət qoymağım yadıma düşür.