[COLOR="#4169e1"]Şaneldən xanımlara həyat dərsi



Hər bir qadın layiq olduğu yaşı yaşayır, unutmayın. Üzünüzdəki cizgilər sizin etdiyiniz
əməllərin işarəsidir və siz hər zaman onlardan yaxa qurtarmaq məcburiyyətində deyilsiniz. Mən, insanların yaşlandıqca daha da xoşbəxt olduqlarını düşünürəm. Yaş və xoşbəxtlik arasındakı əlaqə 40-lı yaşların arasında daima dəyişilir və xoşbəxtlik artmağa başlayır.

Vaxtınızı lazımsız boş şeylərə sərf etməyin. Sizə qarşılığını verməyən kimsədən ötrü göz yaşı tökməyin. Sizi dəyərləndirməyən, fikirlərinizə, hisslərinizə hörmət qoymayan insanlardan daima uzaq olun. İnsanları hər zaman dəyişdirə bilməyəcəyinizi qəbul edin və sizə həqiqiətən kimin dəyər verdiyini ayırd edin. Bu, həyatın ən vacib şərtidir.

“Ağlınızı itirməyin”. Əgər indiyədək bir insanı ağlınızı itirəcək dərəcədə çox sevmisinizsə, səhv etmisiniz. Çünki, sevgi insanın sağlam düşünməməsinə səbəb olur. Bir qadın üçün ən dəyərli sevgi ağlın və ürəyin üst-üstə düşməsidir.

Parfümdən istifadə etməyən qadın “qadın” deyil. Hər zaman qadınlar baxımlı olmalıdır. Özünə baxmalı, özünü sevməli, qulluq etməlidir. Ən çox da parfüm seçiminə fikir verilməlidir. Seçdiyiniz qoxu xarakterinizlə bərabər yaşınıza da uyğun olmalıdır. Meyvəli və çiçəkli qoxular iyirmili yaşlarda, ya da daha gənc qadınlar üçün uyğundur. Və parfümü boyun və biləklərdə daha çox istifadə edin.

Unudulmaz qadın olmaq üçün çalışın, həmişə fərqli olun. Hər bir qadın danışığı, hərəkəti, özünü aparma tərzi ilə fərqli olmalıdır. Və hər kəsin, xüsusən də sevdikləri “kişinin” yaddaşında əvəzolunmaz qadın olaraq qalmalıdır.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 989
favori
like
share