Lazım olan ərzaqlar:
2 stəkan quru (tum) lobya
1 ədəd soğan
1 xörək qaşığı qaymaq
2 xörək qaşığı kərə yağı
2 ədəd kartof
6 stəkan su
Tomat pastası
duz , istiot
göyərti
Hazırlanması:
İlk olaraq quru lobya yuyulur və bişməyə qoyulur

Bişdikdən sonra qoyuruq qırağa və soğanı qovururuq
Soğan qovrulduqda üzərinə tomat pastası əlavə edirik

Daha sonra lobyaları əlavə edirik . Zövqə görə lobyaları əzməkdə olar əzməməkdə yəni həlim olmağını istəyirsinizsə lobyaları əzmək məsləhətdir. Qovrulduqdan sonra üzərinə qaymağı əlavə edirik. Hamısı qovrulduqdan sonra üzərinə suyu və kartofu əlavə edib qoyuruq bişməyə



Bişdiyini bildikdən sonra üzərinə göyərti və yumurta vururuq.

NUŞ OLSUN!

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 3674
favori
like
share
N.N. Tarih: 06.06.2011 15:13
Teşekkürler canım...ela olur...dadlıdı...