Emin Ağalarov vədinə əməl etdi - FOTOLENT

Son güncelleme: 11.07.2011 10:12
  • noimage

    Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov dünən Nardaranda "Sea Breeze" çimərlik mövsümünün açılışında konsert proqramı ilə çıxış edib.

    Lent.az-ın məlumatına görə, Azərbaycanı müxtəlif illərdə təmsil edən "Eurovision" ulduzlarımız Elnur Hüseynov, Samir Cavadzadə, Aysel Teymurzadə, Səfurə Əlizadə, Eldar və Nigar da Eminlə birlikdə həmin gün səhnəyə çıxıblar.

    Tədbiri şoumen Murad Dadaşov aparıb. Konsertin ilk səhnə çıxışı Elnur və Samirin olub. Qeyd edək ki, hər iki ifaçının çıxışları son gün proqrama daxil edilib. Emin onları şəxsən tanımadığı üçün konsertinə çağırmayıb. Konsertdən öncə Eminin mətbuat konfransında jurnalistlərin xahişindən sonra müğənni onları da konsertə dəvət edəcəyinə söz verib və vədinə əməl edib.

    Elnur və Samirin çıxışları böyük alqışa səbəb olub.

    Elnur və Samirdən sonra rəqs qrupunun müşayiəti ilə Səfurə Əlizadə səhnəyə çıxıb və üç mahnı oxuyub. Növbəti ifa Aysel Teymurzadənin olub və o da üç mahnı oxuyub.

    "Eurovison-2011" qaliblərimiz Nigar və Eldarın çıxışları da maraqla qarşılanıb. Tamaşaçılar "Running scared"i onlarla birlikdə oxuyub.

    Emin Ağalarovun səhnə çıxışı isə unudulmaz olub. İki saata yaxın davam edən konsert proqramında gənclər coşğulu anlar yaşayıblar. Fanatlar və musiqisevərlər gecə boyu rəqs ediblər və bütün mahnıları Eminlə bərabər oxuyublar.

    Emin Ağalarov da öz növbəsində tamaşaçılarından razı qalıb.

    Müğənni atasının əməliyyat olunması ilə bağlı xəbərə aydınlıq gətirib və narahatlıq üçün səbəb olmadığını deyib: "Atam futbol oyununda ayağından yüngül zədə alıb və əməliyyat olunub, indi yaxşıdır, narahatlığa səbəb yoxdur".

    Lalə Yusifqızı


    noimage

    noimage

    noimage

    noimage
#11.07.2011 10:12 0 0 0