Heyvanlar haqqında maraqlı faktlar

Son güncelleme: 17.07.2011 18:40
  • noimage
    Qütb ayıları bir dəfəyə 25 kiloqram ət yeməmiş doymurlar.

    Buqələmunun (xamelyon) dili bədənindən iki dəfə uzundur.

    Timsahlar suyun daha dərinliyində üzə bilmələri üçün daş udurlar.

    Ağ ayının dərisi qara rəngdədir.

    Ağ ayının tükü əslində ağ deyil şəffafdır.

    Nal atın yalnız bir qaçış dövriyyəsinə tab gətirə bilir.

    Qartalların mayalanması havada uçuş zamanı baş verir.

    Dişi göyərçinlər təklikdə yumurtlaya bilmirlər. Yumurtlamaq üçün qarşısında mütləq başqa bir göyərçin olmalıdır. İnsanlar daha asan yolla - qarşısına güzgü qoymaqla göyərçinləri aldada bilirlər.

    Koala sutkada 18-22 saat yatır.

    Koalalar balıqlar kimi üzə bilirlər.

    Yalnız erkək işıldaquşlar (svetlyak) uça bilirlər.

    Dişi və erkək şirlər gün ərzində 50 dəfə cütləşirlər.

    Ağ kitin ürəyi Volkswagen Beetle avtomobilinin ölçüsündədir.

    Xırda əqrəbin zəhəri iri əqrəbin zəhərindən daha güclü olur.

    Sürücülər ovçulardan daha çox maral öldürürlər.

    Deyilənə görə soxulcan donuz ətinin dadına bənzəyir.

    Böcəklərin bütün növləri yeyiləsidir.

    Lentəbənzər soxulcanlar qida tapmayanda öz özlərini yeyirlər. Onlar qıvrılaraq öz bədənlərinin 95%-ni yeyə bilirlər.

    Solityor 18-20 il yaşayır. Bu müddət ərzində o 11 milyarddan artıq yumurta yumutlaya bilir.

    Heç kəs Afrika filini əhilləşdirə bilməyib. Yalnız Hindistan filləri əhilləşə bilir.

    Siçovul 5-ci mərtəbədən yıxılasa belə heç bir zədə almır.

    Əqrəbin üzərinə bir damcı alkoqol düşsə o həmin dəqiqə öz-özünü ölümcül zəhərləyir.
#17.07.2011 18:40 0 0 0