Manna, Minni[2] və ya Manas[3] — Tarixi Azərbaycan ərazisində[4][5][6][7][8][9][10][11], Urmiya gölünün sahilində[12][13][14][15] yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət.[16] Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e. ə. – III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullube, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.[17]

Manna dövləti er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir.[18] Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır[19][20].Mündəricat [gizlə]
1 Adı
2 Tarixi coğrafiyası
3 Əhalisi
3.1 Kimmerlərin Azərbaycana köçü
3.2 Farsdilli əhalinin Azərbaycana köçü
4 Tarixi
4.1 Kiçik çarlıqlar dövrü
4.2 Mərkəzləşmiş dövlətin yaranması
4.3 Udakinin mərkəzləşdirmə cəhdləri
4.4 İranzunun hakimiyyəti
4.5 Azanın hakimiyyəti
4.6 Ullusununun hakimiyyəti
4.7 Ahşerinin hakimiyyəti
4.8 Uallinin hakimiyyəti
4.9 Dövlətin süqutu
5 Dövlət strukturu
6 Din
6.1 Dəfn adətləti
7 Mədəniyyət
7.1 Şəhərlər və şəhər həyatı
7.2 Memarlıq
7.3 Metalişləmə
7.4 Dulusçuluq
8 Təsərrüfat həyatı
8.1 Əkinçilik
8.2 Maldarlıq və Atçılıq
9 Tədqiqi
9.1 Mənbələrdə
9.2 Arxeoloji tədqiqatlar
10 İstinadlar
11 Ədəbiyyat
12 Həmçinin bax
13 Xarici keçidlər

[redaktə / تحریر]
Adı

Mannanın adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843 - cu ildə III Salmanasar kitabəsində “Munna” formasında зəkilir.[21] Adətən assurlar Mannanı “Manneylər olkəsi”[22], Mannaş[23], urartulular isə Mana olkəsi adlandırırdılar[24].

S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiya yanı tayfalardan birinə məxsus olmuş[25], sonralar mannalılar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad butun dovlətə şamil edilmişdir[26].

III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüşü təsvir edilərkən məlumat verilirdi ki, car Daxili Zamuada məskənləri tuta-tuta Munna olkəsinə çatmışdılar. Lakin səlnamədə Manna dovlətinə yuruşdən və ya bac alınmasından heçnə bəhs edilmir. Mümkündür kü, assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia olkəsi uzərinə yerimişlər.

E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır: «Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım»[27]
[redaktə / تحریر]
Tarixi coğrafiyası
Əsas məqalə: Manna toponimləri

E.ə. I minillik Ön Asiya xəritəsində Manna dövləti və onun vilayətləri

S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir.[28] Bu ölkəyə sonra III Salmanasar, V Şamşi-Adad[29], II Adadnerari[30] yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi.[31] Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən mannalılarla qohum olmuşdur.[32]

Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır.[33] Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub «Urartuya xidmət etməyə» razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı.[34] Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər.[35] Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.[36]

Mannanın şərq sərhədlərində «dağlıq diyar» adlanan Gizilbunda vilayəti yerləşirdi.[37] Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823-810) rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı «möhkəmləndirilmiş şəhər» Uraşı işğal etdi, «şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı...».[38] III Adadnerarinin (e. ə. 805-782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər «Gizilbundanı ta hüdudlarınadək» istina etdiyi[39] haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, hətta II Sarqon, gizilbundalıları «öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan» adamlar adlandırır.[40] Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.

Zikertu əyaləti müasir Miyanə - Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir.[41][42][43] O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda «hökmdar şəhəri» var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər.[44] Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100-200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.[45]

Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir.[46] III Adadnerari işğal etdiyi ölkələr arasında «Günəşin batdığı böyük dənizə»dək uzanan Andiyanın da adını qeyd edir.[47] Bu dəniz Xəzər dənizi hesab olunur.[48][49][50] Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar.[51] Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.

Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu.[52] II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis (Təbriz [53][54][55][56]) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.
[redaktə / تحریر]
Əhalisi
Əsas məqaləs: Mannalılar və Mannalıların şəxs adları

Manna hökmdarının situla üzərində təsviri[57]

Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhc olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı.[58] İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir.[59] İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, «hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın» ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan hürri dili ilə yaxınlığı imkanını da güman edir.[60] Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir.[61] Q. A. Melikişvili kuti dilini «zaqroş-elam» qrupuna aid edir.[62] Akad. M. İsmayılov[63], Prof. Q. Qeybullayev[64], Prof. F. Cəlilov[65] və başqaları kutiləri türkdilli heesab edirlər.

Urmiya gölündən cənub-şərqdə yerləşən əyalətlər haqqıpda məlumat verən e. ə. III minilliyin sonlarına aid Akkad mənbələrində lullubum (Lullupum, Luilume, Lullu) tayfasının adı çəkilir.[66] Q. A. Melikişvili lullubu və elam dillərinin qohumluğu iddia etmişdir. O, öz növbəsində «zaqroş-elam qrupu» dillərini müasir Qafqaz dilləinə yaxın hesab edir. Lakin Q. Qeybullayev lulubi etnonim, teonim və toponimlərini tədqiq edərək onların türk dilli ola biləcəkləri ehtimalını irəli sürmüşdür.[67]

Urmiyayanı hövzə əhalisinin etnik cəhətdən formalaşmasında e. ə. III minilliyin sonlarından məlum olan hürrilər mühüm rol oynamışlar. Onlar Mesopotamiyanın şimalından və Suriyadan tutmuş Urmiya gölünədək Ön Asiyanın geniş bir ərazisində yayılmışdılar. Həmin ərazidə, habelə Zaqafqaziyanın və Şimal- Qərbi İranın xeyli hissəsində yayılmış Kür-Araz mədəniyyətini hurrilərin səpələnmələri ilə əlaqələndirirlər.[68][69] Hürri dilində müxtəlif dövrlərə aid bizə xeyli miqdarda yazılı abidələr gəlib çatmışdır.[70] Son illərdə aparılmış linqvistik tədqiqatlar nəticəsində hürri və ona yaxın olan Urartu dilinin Şimali Qafqaz dillərinın şərq qoluna mənsub olduğunu sübut edən yeni dəlillər əldə edilmişdir.[71]

Urmiya gölü sahilində qayada yonulmuş Manna dövrünə aid Azərbaycan musiqiçisi[72]

E. ə. I minilliyin əvvəllərində Urmiya gölündən cənubdakı ərazi Zamua adı ilə tanınmağa başladı.[73] Bu ad lullubi tayfalarından birinə mənsub yerli ad hesab edilir.[74] Sonralar həmin ərazi hissələrində mannalılar yüksəldi. Bu ad altında şübhəsiz ki, ayrı-ayrı qohum tayfalar birləşir.[75] [76] Lakin, xeyli sonralar da, hətta Manna dövləti özünün yüksəliş dövrünə çatdıqda da bu ərazi «Lullubu» adını saxlamışdı. O, arxaik forma kimi Aşşur hökmdarlarının orakullara müraciətində və ya sinonim kimi özlərinin Urmiyayanı əyalətlərə hərbi yürüşlərini yüksək üslubda təsvir etdikdə işlədilirdi.

İ. M. Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək cənub əyalətlərinin əhalisini kuti-lullubi etnik qrupuna, Diyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassi etnik qrupuna aid edir.[77] Mixi yazılı və antik mənbələrin materiallarını tədqiqata cəlb edən İ. H. Əliyev e. ə. III-I minnlliklərdə Cənubi Azərbaycan ərazisində məskunlaşmış xalqların dil və etnik-mədəni cəhətdən Zaqroş-Elam və hürri etnosları ilə yaxınlığını əsaslandırmağa çalışır.[78]

R. M. Böhmer Manna əhalisini hürri hesab edir. O, Manna dövlətinə aiddiyyatı olan Aşşur və Urartu mətnlərində qeyd edilən şəxs adlarının və coğrafi adların tam siyahısını göstərir. Bu adları təhlil edərək o, belə nəticəyə gəlir ki, onların əksəriyyəti hürrilərə, bəziləri kassilərə, ancaq bir neçəsi isə irandillilərə aiddir.[79]

Q. A. Melikişvili hesab edir ki, şərqə doğru xeyli uzaqlara irəliləmiş hürri ünsürləri Dağlıq Zaqroşda adacıqlar şəklində Zaqroş-Elam dil qrupuna mənsub əhali arasında mövcud idilər. Lakin Manna dövlətinə hürri təsirini hürri etimologiyasının seçildiyi bəzi şəxs adlarına və toponimik adlara görə izləmək mümkündür.[80]

Mannada çoxluq təşkil edən tayfa olan mannalılar ilə bərabər, digər tayfalar, məsələn, sunbilər, taurlalılar, dalilər də vardı. Lakin etnik konsolidasiya nişanələri artıq nəzərə çarpmaqda idi. Məsələn, Manna çarı nəinki Urartu çarının istila etdiyi torpaqları geri almaq qayğısına qalır, həm də "...pərən-pərən salınmış mannalıların öz yerinə qaytarılmasına" çalışırdı.

1957-1958-ci illərdə Həsənluda aşkar edilmiş sümük materiallarının, eləcə də O. Steynin 1936-cı ildə burada qazdığı materialların tədqiqi yerli sakinlərin əsasən uzunbaşlı, Aralıq dənizi tipli olduğunu göstərir. T. A. Ratbun belə nəticəyə gəlir ki, uzun bir dövr ərzində burada əhalinin fiziki tipi yekcins və sabit olmuş, həm də müxtəlif mədəniyyətlər dövrünün nümayəndələri arasında elə bir fərqlənmə əlaməti müşahidə edilməmişdir.[81] R. Dayson da bu tipin e. ə. I minilliyin əvvəllərində Həsənluda, Göytəpədə və s. yayılanlarla uyğun gəldiyini göstərir. O, qeyd edir ki, yalnız e. ə. IX-VIII əsrlərdə Təpə Sialkda, həmçinin Xəzər dənizi sahilində I Şahtəpədə qısabaşlı, hətta lap qısabaşlı fərdlər görünməyə başlayır.[82]

Həsənlu qazıntıları zamanı tapılmış müxtəlif bədii sənət əşyaları üzərində insan təsvirləri aşkar edilmişdir. İnsan fiqurlarına naxış vasitəsi kimi qablarda, möhürlərdə və bir tunc dəstəkdə təsadüf olunur. Onların enli burnunun üstü alınla düz birləşmiş, gözləri aralı olmuş; qısa saqqal və çiyinlərədək tökülən uzun saç saxlamışlar. Skelet qalıqlarına əsasən V. Krouford belə nəticəyə gəlir ki, onlar orta boylu (təqribən 165 sm) olmuşlar.[83] T. A. Ratbun daha dəqiq ölçü göstərir: kişilərin orta boyu -168,32 sm, qadınlarınkı - 159,55 sm110.[84]
[redaktə / تحریر]
Kimmerlərin Azərbaycana köçü

E. ə. VIII əsrin sonlarına aid Aşşur yazılı mənbələrindən[85] aşşurların «gimirrai» adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur; onların, ardınca isə tezliklə mənbələr[86] (e. ə. VII əsrin əvvəli) skiflərin asguzai/isguzai adını çəkir. Herodotun məlumatına görə, kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə «Qafqaz dağlarını sağda qoyub» Xəzər dənizinin qərb sahili boyunca hərəkət etmişlər.[87] Kimmerlərin və skiflərin Qafqazdan keçərək Cənubi Rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y. İ. Krupnov öz tədqiqat işində bu tayfaların hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən - Meotida Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, Mamison keçidi ilə hərbi Osetin yolu və Dərbənd keçidindən istifadə edərək hərəkət etmişlər.[88][89] Aşşur hökmdarları da Urartu və Manna hökmdarları kimi kimmer və skiflərdən öz məqsədləri üçün istifadə etməyə səy göstərirdilər; lakin mənbələrin göstərdiyi kimi daha çox düşmənçilik münasibətində olmuşlar. Qimirra ölkəsi Van hökmdarlığından şimali-qərbdə, Kappadokiyanın şərq hissəsində lokalizə edilir.[90] B. B. Piotrovski e. ə. VIII əsrin sonunda kimmerlərin dağıdıcı təsirini və onların urartulular əleyhinə daim hərbi fəaliyyət göstərdiklərini qeyd edir.[91] Onlar Frikiya hökmdarlığını darmadağın edərək İoniya şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.
[redaktə / تحریر]
Farsdilli əhalinin Azərbaycana köçü

S. Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün farsdilli tayfaların İran yaylasına soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır.[92] Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.[93]

Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmiya gölü ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Qrantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona farsdilli tayfaların Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran yaylasına doğru irəliləmələrini söyləməyə imkan verir.[94]

R. Girşmana görə farsdilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu Qafqazdan, Şərq qolu isə Orta Asiyadan gəlmişdir.[95] Urmiyayanı hövzəyə onlar Qafqazdan gəlmişlər.[96] Cənuba doğru irəliləyən qolu müqavimətə rast gələrək Qərbə doğru dönmüşdür.[97] Lakin onların irəliləmələri burada da keçilməz Zaqroş silsiləsi və xeyli inkişaf etmiş yerli mədəniyyətlərin müqaviməti nəticəsində çətin olmuşdur.R. M. Boehmer. Zur Lage von Parsua im IX Jahthundert von Christus.

S. Qaşqay qeyd edir:
Yazılı məmbələrdə adı çəkilən farsdilli tayfaların lokalizəsi və e.ə. IX - VIII əsrlərə aid mixi yazılı mənbələrdə qeyd edilən Azərbaycan onomastik materialların təhlili göstərir ki, Urmiyayanı hövzədəki əyalətlərdə və hətta bir qədər Cənuba və xeyli Şərqə doğru farsdilli tayfalar məskunlaşmamışdılar. Farsdilli tayfalar Manna dövlətinin əhatə etdiyi ərazilərdən xeyli uzaqda məskunlaşmışdılar və Urmiyayanı hövzəyə soxula bilməmişdilər. Hətta bəzi tədqiqatçıların söylədiyi kimi e.ə. I minilliyin əvvəllərini farsdilli köçərilərin Ön Asiyaya gəlmələrinin erkən tarixi kimi qəbul edildikdə də onların öz mühacirətlərinin erkən dövrlərində yerli türk mənşəli tayfalara (mannalılar və digərlərinə)elə bir mühüm təsir göstərmələri ilə razılaşmaq olmaz.

— Solmaz Qaşqay - Manna dövləti, Bakı, 1993, səh 156

E.ə.IX əsrin ortalarından ta Midiya dövlətiın təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi. Bu ərazidə sonradan Midiya dövləti qurulduqdan sonra və hətta XX əsrin əvvəllərinə qədər bu ərazilərdə fars ünsürü və fars dili əhəmiyyətli rol oynamamışdı.[98]

Şəxs adlarının və toponimlərin təhlili Manna dövləti əhalisinin (mannaların) türk mənşəli olduğunu sübut edib. Prof. Qiyasəddin Qeybullayev əsərlərində Manna etnonim, toponim və şəxs adlarının mənalarını açaraq izah edə bilib. İqor Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək Cənub əyalətlərinin əhalisini kutilər və lulubilərin, Diyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassilərin varisləri hesab edir.[99]
[redaktə / تحریر]
Tarixi
[redaktə / تحریر]
Kiçik çarlıqlar dövrü

Manna dövlətinin vilayətləri (tərtib edən prof. S. Qaşqay)

Assuriya qaynaqlarında Urmiyaboyu ərazisinin Cənub hissəsi uzun müddət Zamua adı altında tanınır. İlk dəfə onun adı II Adadnerari (e. ə. 911-891) yazılarında[100] zəbt etdiyi dövlətlər sırasında çəkilir.[101] Artıq e. ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu.[102] Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883-859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian[103]) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilməmişlər və II Aşşurnasirapal Daqara «ölkəsinin» Birutu, Uze və Laqalaqa qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub aparmışdı. Assurların Daqaraya tərəfdar olan qonşu vilayətlərə hücum edib, Bara, Bunasi və Larbusa şəhərlərini tutmasından istifadə edərək, Nur-Adad öz mövqelərini möhkəmləndirir. Lakin assurlar yenidən qalib gəlir və bu dəfə Birutu qalasını yandırırlar.[104]

E. ə. 880-ci ildə Zamua əhalisi yenidən yürüş edən II Aşşurnasirapalın qoşunları ilə mübarizə aparırlar. Bu zaman Zamuanın başında artıq Ameka dururdu. Qaynaqlar onu «çar» adlandırır və paytaxtın - Zamri şəhəri olmağı haqqında məlumat verir.[105] Ameka istilaçılara inadlı müqavimət göstərirdi, lakin məğlubiyyət qarşısında paytaxtı «çar şəhəri» Zamrini tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da çarın özünü ələ keçirə bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Gorünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Assurlar nəticə etibarilə Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku, Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir. Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.[106] [107]

İstehkamlarla möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua assurlara qarşı Ameka ilə birgə çıxış edir. Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar sabininin idarə etdiyi Kisirtu şəhəri və onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi. Ehtimal ki, onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb getmişdir.[108] Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi; assurlar yalnız Amekanı «çar» adlandırırdılar. Amekanın çar şəhərlərində ələ keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və daha rəngarəng idi. Assurlar dəfələrlə məlumat verirlər ki, Zamridə «onun (Amekanın) əmlakıvə mülkiyyəti», çoxlu «mis əşya, vaza, qab-qacaq, mis cam, məcmeyi, qızıl suyuna çəkilmiş sini, onun sarayının sərvətləri, onun topladığı xəzinə» ələ keçirilmişdir.[109]

Marlıqtəpədən aşkarlanmış, Manna dövrünə aid üstü mifoloji obrazlarla bəzədilmiş qızıl cam

Ameka çarlığında şəhər-qalalardan əlavə, «çar» şəhəri Zamri olması, ələ keçirilmiş qənimətin təsvirindən və siyahısından görünən yüksək dərəcədə inkişaf etmiş professional sənətlər göstərir ki, Zamua vilayətlərində sinfi cəmiyyət və ilkin dövlət quruluşu əmələ gəlmişdir. II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir. Assurlar Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya Mazamua adlandırırlar.[110] Vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi (Zamua sa bitani).[111]

Nikdiaranın adı yenidən V Şamşi-Adadın (e. ə. 823-810-cu illər) kitabəsində Mekdiara[112] [113] formasında çəkilir. Kitabədə Mekdiaranın oğlu Şarsinaya qarşı mübarizədən bəhs olunur. V Şamşi-Adad e. ə. 821-820-ci illərdə apardığı hərbi yürüşlər zamanı Şarsinanın 300 yaşayış məskənini ələ keçirir.[114] E. ə. IX əsrdə Urmiyayanı rayonunun qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e. ə. 890-894-cü il) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.[115]

Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş «ölkələri» ilə birlikdə assurlara bac verərək qarətlərin, dağıntının, kütləvi qırğının qarşısını almışlar130. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi.[116] [117] Uzun müddət hökmranlıq etmiş Asu e. ə. 856-cı ildə III Salmanasarın pişvazına «öz qardaşları və oğulları ilə birlikdə» çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır. III Salmanasarın Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına baxmayaraq assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, bac olaraq davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər.[118]

IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı.[119] Yuxarıda adı çəkilən qurumlar hələ Aşşur təcavüzünə qarşı dura bilmirdi; məğlubiyyətə uğrayır və ondan asılı vəziyyətə düşürdü. Lakin, onların aşşurlulara qarşı mübarizədə müvəffəqiyyət qazanmaları da mümkün idi — Aşşur mənbələri rəqiblərin qələbələri haqqında heç vaxt məlumat vermir. Bəzi əyalətlərin birgə çıxışları, onların uzunmüddətli müdafiələri e. ə. I minilliyin əvvəllərində Urmiyanı əyalət ərazilərinin birliyini və müstəqil hərbi siyasi mövcudluqları imkanını təmin edən iqtisadi səviyyənin artıq xeyli möhkəm olduğunu göstərir.

Həsənludan qazıntılar zamanı tapılmış əşyaların tipoloji müqayisəsi, həmçinin radio-karbon təhlil qədim qalada binaların əksəriyyətinin təqribən e. ə. 1000-ci ildə tikildiyini göstərir.[120] Həsənluda aşkar edilmiş şəhər mixi yazılı mənbələrdə adı çəkilən şəhərlərdən hələ heç biri ilə eyniləşdirilmir. Lakin qazıntılar həmin dövrdə göstərilən ərazidə yüksək tikinti texnikasına və sənətkarlıq istehsalına malik olan möhtəşəm şəhər-qalanın mövcudluğunu — bu ərazinin mədəni-iqtisadi cəhətdən xeyli inkişaf etdiyini söyləməyə imkan verir. Arxeoloji tapıntıların, mixi yazılı mənbələrin məlumatları ilə müqayisəsi Urmiyayanı əyalətlərdə erkən dövlət qurumlarının hələ çox əvvəllər təşəkkül tapdığını göstərir.
[redaktə / تحریر]
Mərkəzləşmiş dövlətin yaranması

Manna dövləti dövrünə aid Güney Azərbaycandan aşkarlanmış sikkə[121] (Təbriz, Azərbaycan muzeyi)

E.ə. I minilliyin əvvəllərindən yazılı mənbələrin də təsdiq etdiyi kimi indiki Güney Azərbaycan ərazisində mərkəzləşmiş dövlət yaranması prosesi başlayır. Mixi yazılı mənbələrdən bizə müxtəlif tayfaların adları, daha güclü qonşularından asılı vəziyyətə düşüb tədricən qaynayıb - qarışan çoxlu xırda birliklər məlumdur. E.ə. IX əsrdən bu ərazidə Manna hökmdarlığı fərqlənməyə başlayır. Sonralar bu dövlət Güney Azərbaycanın bütün ərazilərini öz tərkibində birləşdirdi, Assuriya və Urartunun işğalçılıq yürüşlərinə qarşı fəal mübarizə apardı.

E.ə. I minilliyin əvvəllərini R. Girşman İran yaylası tarixində qaranlıq dövr adlandırır. E. ə. I minilliyin ilk əsrləri arxeoloji baxımdan müxtəlif mədəniyyətlərə məxsus ünsürlərin qaynayıb - qarışması, keramika və metal məmulatlarının hazırlanmasında yeni cizgilərin meydana çıxması ilə səciyyələnir. Yazılı mənbələrdə bu, əvvəllər burada yaşamış etnik qrupların dillərindən fərqlənən dildə meydana çıxmış şəxs adlarında və etnotoponimik adlarda öz əksini tapmışdır.

Bütün bu dəyişikliklər e.ə. I minilliyin əvvəllərindən bu əraziyə sonrakı yüzilliklərdə əhəmiyyətli rol oynamağa başlamış müxtəlif etnik qrupların - farsdillilərin soxulması ilə əlaqədar idi. Lakin bu hadisələrdən xeyli əvvəl, e.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin - Manna dövlətinin meydana gəlməsi üçün zəmin hazırlayır. Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.

Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III - II minilliklərdə bu regionda mövcud olmuş Kuti, Lulubi və kassilərin bilavasitə varisi idi.
[redaktə / تحریر]
Udakinin mərkəzləşdirmə cəhdləri

III Salmanasarın hökmranlığının on altıncı ilindəki (e. ə. 843-cü il) yürüş təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta Manna ölkəsinə çatmışdır. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac alınmasından bir kəlmə də danışılmır. Görünür, assurlar ya Mannanı istila edə bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə gedib çatmış, sonra dönüb qonşu Allabrianın üzərinə yerimişdilər. E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir.[122]

III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır:
«Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım».[123]

Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, baç vermədi. Assurlar ancaq qənimət ələ keçirməklə kifayətləndilər. III Salmanasarın dövründən başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adı və onların paytaxtı Zirta şəhərinin (sonralar bu şəhər İzirtu adı ilə qeyd olunur) adı çəkilir.
[redaktə / تحریر]
İranzunun hakimiyyəti

Güney Azərbaycanda Kalar Dəşt abidəsindən aşkarlanmış Manna dövrünə (e.ə. IX əsrə) aid qızıl zoomorf qab[124]

Hökmdar Udakidən sonra e. ə. 737-ci il yüruşləri ilə əlaqədar III Tiqlatpalasarın və II Sarqonun e. ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir.[125] Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. Lakin həmin dövrdə Mannanın Urartu əleyhinə hücuma keçməsi faktının özü Mannanın gücləndiyini göstərir. Buna Aşşurun Mannada hərbi əməliyyatlar aparmaması da şərait yaradırdı. Aşşur hökmdarı III Tiqlatpalasar artıq Aşşuru xeyli dərəcədə narahat edən madaylarla mübarizə ilə məşğul idi. III Tiqlatpalasarın e. ə. 744 və e. ə. 737-ci illərdə madaylar əleyhinə apardığı hərbi yürüş marşrutlarının İ. M. Dyakonov tərəfindən aparılmış təhlili göstərir ki, bu yürüşlərin yolları Mannanın şərq sərhədləri boyunca keçmiş, lakin onun ərazisinə toxunmamışdır.[126]

Bu Mannanın bir hərbi qüvvə kimi varlığını, eləcə də onun Aşşur ilə dostluq münasibətlərini göstərir.[127] III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də mübarizə aparırdı və bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın vəziyyəti yüngülləşdi.[128] Manna dövlətinin böyüklüyü barədə biz II Sarqonun nəzarətindən azad olmağa çalışan asılı əyalətlər və onun tabeçiliyində qalan əyalətlər haqqındakı müfəssəl məlumatına əsasən təsəvvür yarada bilərik. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır. Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir.[129] İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyir. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər.
[redaktə / تحریر]
Azanın hakimiyyəti

İranzunun ölümündən (e. ə. 719 və 716-cı illər) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Atası İranzunun siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi. Lakin o çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar.[130] Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, «çıxılmaz Uauş dağı»nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir:
“...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün [....] Mannalılar ölkəsini tabe etdim.”[131]
[redaktə / تحریر]
Ullusununun hakimiyyəti

Azanın ölümündən sonra hakimiyyətə onun qardaşı Ullusunu keçirildi. Aşşurlular, əlbəttə müttəfiq dövlətni itirilməsi ilə razılaşa bilməzdilər və II Sarqon öz hakimiyyətinin VI, VII və VIII illərində Mannanın özünü və ondan ayrılmış əraziləri tabe etmək üçün yürüş edir. II Sarqon sonra Mannanın özünün paytaxtı İzirtunun üzərinə hucuma keçdi, mannalılarla qanlı döyüş təşkil etdi, İzirtu yaxınlığında yerləşən Zibia və Armait qalalarını ələ keçirdi. Görünür həmin qalalar İzirtuya girəcəyi qoruyurmuşlar. Bu haqqda II Sarqonun Dur – Şarukkin sarayındakı kitabəsində deyilir:
“[Mannalı Ullusunu....] ilahi Aşşurdan [....] ölkəsinin pərən-pərən olmasına [....] Urartulu Ursaya arxalandı və Karallalı Aşşurleni və Allabriyalı İttini mənim əleyhimə qaldırdı, Urartuya qulluq etməyə çağırdı. Ürəyimin [qəz]əbi ilə çəyirtkə kimi mən bu ölkəni bürüdüm. Mə

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2472
favori
like
share