Ballı Tort

Son güncelleme: 25.11.2012 13:28
  • Ballı Tort - Ballı Tortun hazırlanması

    noimage

    Tortun orijinal reseptini təqdim edirik

    Kremi hazırlamaq üçün:

    2 banka qatılaşmış süd
    300 q kərə yağı
    Bankaları qazana qoyub, 2 saat ərzində qaynadın. Bir qabda yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üzərinə əlavə edib ,bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.

    Xəmirin hazırlanması:

    noimage

    noimage

    noimage

    Xəmir üçün lazım olan ərzaqlar:
    3 yumurta
    1 stəkan şəkər tozu
    3 xörək qaşığı bal
    100 qram kərə yağı
    1 çay qaşığı soda
    3 -3.5 stəkan un
    Yumurta və şəkəri kasada qarışdırıb, üzərinə bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.
    Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın.Çalışın xəmiri çox bərkitməyin. Hazır xəmiri 5 hissəyə bölün.
    Biskvit laylarını bişirin
    Sobanı 190 dərəcədək qızdırın. İri formanı yaxşıca yağlayın.
    Kündələrdən birini onun ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa, onları una batırıb xəmiri yayın.
    Tortun üstünü və kənarlarını bəzəmək üçün sizə biskvit ovuntusu lazım olacaq. Bunun üçün yaydığınız xəmiri bişirdikdən sonra onun kənarlarını kəsməli olacaqsınız. Xəmiri kəsin, amma formadan çıxartmayın. Beləliklə kənarlar da dairəylə bərabər bişəcək. Bişdikdən sonra onları sadəcə ovacaqsınız.
    Layları bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin. Biskvitlər bir qədər qabaracaq. Formanı sobadan çıxartdıqdan sonra, biskvitin altına zədələmədən götürün..
    Layların arasına bolluca krem çəkin. Tortun üstünə və kənarlarına da krem yaxın. Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovuntunuz azdırsa, onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.

    Nuş olsun!
#27.07.2011 21:59 0 0 0
  • maraqlidi. twk
#25.03.2012 18:24 0 0 0
  • tewekkurler gedim biwirim
#25.11.2012 13:28 0 0 0