Tarixdə bu gün - 30 iyul

Son güncelleme: 31.07.2011 01:27
  • 30 iyul. İlin sonuna 154 gün qalır.

    1863. Amerikalı avtomobil konstruktoru Henri Ford anadan olub

    1898. Vahid Almaniyanın ilk kansleri Otto fon Bismark vəfat edib

    1925. Albaniya, Yuqoslaviya və Yunanıstan sərhədlərin qarşılıqlı tanınması haqqında saziş imzalanıb

    1930. SSRİ-ni kollektivləşmə başa çatan rayonlarında kəndli icmaları ləğv edilib

    1937. SSRİ-də "troyka məhkəmələrinə" ölüm hökmü çıxarmaq və icra etmək səlahiyyəti verilib. Bu fakt repressiyanın daha geniş vüsət alması ilə nəticələndi

    1944. Sovet aviakonstruktor Nikolay Polikarpov vəfat edib

    1947. Arnold Şvarsneger anadan olub

    1960. AzTV-nin sədri Arif Alışanov anadan olub

    1980. İsrail parlamenti Qüdsü (Yerusəlim) paytaxt elan edib

    1999. Azərbaycan və Ukrayna arasında Azərbaycan Respublikasının Ukraynada yerləşən Snejnyansk şərab zavoduna (Donetsk Vilayəti) mülkiyyət hüququnun və Ukraynanın Azərbaycan Respublikasında yerləşən "Tavriya" Bakı Xüsusiləşmiş avtomobil mərkəzinə mülkiyyət hüququnun tanınması haqqında Protokol imzalanıb

    2000. Uqo Çaves Venesuela prezidenti seçilib

    2007. Azərbaycan və İordaniya arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

    2008. Türkiyə Konstitusiya Məhkəməsi AKP-nin bağlanmasına dair iddianı rədd edib.
#30.07.2011 21:20 0 0 0
  • Ellerine saglılar can...lütfen yazı başlıgına ve içerliyi bizim paylaşdıgımız kimi yaz...qaldırmadım konunu....amma dikkat et...eslinde kaldırmalıydım...düzenledim...paylaşdıgın konulara diqet yetir ve sonra paylaş...Teşekkürler..
#31.07.2011 01:27 0 0 0