Qadınlar - Çadralı xanımlar qorxmayın



Fransada çadralı qadınlara verilən cərimələrin ödənəcəyi fond yaradılıb.
Milli.Az xəbər portalı "Le Monde"yə istinadən bildirir ki, Fransada yaşayan ərəb əsilli iş adamı Rəşid Nekkaz 1 milyon avroluq xüsusi fond yaradıb. O, Fransada və Belçikada ictimai yerlərdə çadra ilə çarşabda gəzən qadınlara tətbiq edilən cərimələri kompensasiya etmək niyyətindədir.

38 yaşlı Nekkaz Belçikaya yollanaraq iki müsəlman qadına qarşı tətbiq edilmiş 100 avroluq cəriməni ödəyib.

"Arvadlarını çarşab geyinməyə və evdə oturmağa məcbur edən kişiləri qınayıram. Lakin hərəkət, din azadlığı və demokratiyanı dəstəkləyirəm. Müsəlman xanımları küçəyə çadra və ya çarşab ilə çıxmaqdan qorxmamağa çağırıram. Bununla yanaşı, onlara qarşı tətbiq edilən cərimələri ödəyəcək, qanunun qeyri-effektivliyi və mənasızlığını sübut edəcəyəm", - Nekkaz deyib..

Alıntı..

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 571
favori
like
share