İncə toyuq kotleti resepti

Son güncelleme: 14.09.2011 12:15
  • İncə toyuq kotleti resepti - İncə toyuq kotleti terkibi - İncə toyuq kotletinin hazırlanması

    noimage

    Tərkibi:

    500 qram toyuq filesi
    100 qram pendir
    3 x.q. mayonez
    2-3 x.q. nişasta
    1 ədəd yumurta
    duz, istiot
    Hazırlanma qaydası:

    Toyuq filesini xırda-xırda doğrayıb boşqaba qoyun. Üzərinə xırdalanmış pendir əlavə edin.
    Digər boşqabda yumurtanın üzərinə nişasta, mayonez və duz səpib çəngəllə yaxşıca çalın. Hazırladığınız qarışığı xırdalanmış toyuq tikələrinin üzərinə əlavə edin, qarışdıraraq soyuducuya qoyun.
    Tavaya bitki yağı töküb istilədin. Sonra xörək qaşığı ilə toyuq ətini tavaya yerləşdirin.
    Toyuq kotletlərinin hər iki tərəfini yaxşıca qızardın.

    Nuş olsun...
#14.09.2011 12:15 0 0 0