Kəsmikli badımcan ruleti resepti - Kəsmikli badımcan ruleti terkibi - Kəsmikli badımcan ruletin hazırlanması




Tərkibi:

1-2 ədəd badımcan
200-250 qram kəsmik (qaymaqlı pendirlə də əvəz edə bilərsiz)
cəfəri, şüyüd, tarxun (1 x.q.)
2 dilim sarımsaq
1 x.q. xama və yaxud yağlı qaymaq (mayonezlə də əvəz edə bilərsiz)
zeytun və yaxud bitki yağı
duz, yeni döyülmüş istiot
kahı yarpaqları və təzə tərəvəz (pomidor, xiyar, bolqar bibəri və b.)

Hazırlanma qaydası:

Badımcanları yuyub qurulayın və uzunsov şəkildə dilimləyin. Üzərinə duz səpib acısını cıxarın. Sonra onları yuyub təmiz dəsmalla qurulayaraq zeytun yağında hər iki tərəfini yaxşıca qızardın.
Qızardılmış badımcanları tavadan götürüb boşqaba qoyun.

İçlik hazırlamaq üçün:

Sarımsağı təmizləyib yaxşıca əzin.
Göyərtiləri yuyub qurulayaraq xırdalayın.
Kəsmik və yaxud qaymaqlı pendiri boşqabda çəngəllə yaxşıca əzin. Üzərinə xırdalanmış göyərti və sarımsağı əlavə edib qarışdırın. Sonra xama (qaymaq və yaxud mayonez) əlavə edib, üzərinə duz və istiot səpərək yenidən yaxşıca qarışdırın.

Daha sonra hər bir qızardılmış badımcan diliminin üzərinə 1 xörək qaşığı hazırladığınız içlikdən qoyub rulet kimi bükün.

Süfrəyə soyuq halında verin. Süfrəyə verərkən göyərti, təzə tərəvəz və kahı yarpaqları ilə bəzəyin.

Nuş olsun..

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 841
favori
like
share
şeqer Tarih: 16.09.2011 11:07
saol