Koroglu Haqqında Melumat

Son güncelleme: 18.10.2012 12:51
  • köroğlu dastanı haqqında
    Türk xalqlarının böyük əksəriyyətinin (türk, türkmən, özbək, qazax, başqırt, tatar, qaraqalpaq, Azərbaycan türkləri və b.) şifahi ənənəsində mövcud olan Koroğlu dastanı Tunadan Balkanlara, Sibirdən Suriyaya qədər geniş bir coğrafi arealda yayılıb. Yayılma miqyasına, həcminə və şöhrətinə görə Koroğlu yeganə dastandır ki, variant və versiyalarının sayı beş yüzdən çoxdur.

    Türkiyədə Koroğlunun ilk çapı 1887-ci ildə işıq üzü görüb. On beş səhifəlik bu nəşrdən sonra Koroğlu, dövrü və qəhrəmanın fəaliyyət göstərdiyi tarixi hadisələrlə bağlı bir çox araşdırmalar aparılmışdır. Bundan bir qədər əvvəl isə Koroğlu dastanının bir hissəsi erməni əlifbası ilə İstanbulda çap edilmişdir. 1897-ci ildə Aşıq Cəmalidən yazıya alınmış Giziroğlu Mustafa bəy, Bolu bəy qolları Tiflisdə nəşr edildi.

    Azərbaycanda Koroğlu dastanının ilk nəşru 1913-cü ildə Orucov qardaşları mətbəəsində Rza Zaki tərəfindən çap edilmişdir. Bu nəsrlə olan nəşrin titul vərəqi farsca yazılıb. Dastanın 14 qoldan ibarət daha mükəmməl və qoşmalarla zəngin digər bir variantı 1941-ci ildə Hümmət Əlizadə tərəfindən nəşr edilmişdir.

    Koroğlu dastanı Orta Asiyada da dəfələrlə nəşr edilmişdir. Orta Asiya versiyası dövrü olduğundan hələ də tam şəkildə çap edilməmişdir. Əsasən də özbək Koroğlusu bir neçə nəslin qəhrəmanlıq salnaməsi canlandırdığından hər dövr müstəqil dastan kimi formalaşmışdır. Son zamanlarda Azərbaycanda Koroğlu dastanının yeni qolları toplanıb nəşr edilmişdir. Bunlardan Qəhrəman Koroğlunun divlərlə görüşü, Koroğlunun Tehran səfəri, Misri qılıncın oğurlanması, Mərcan xanımın Çənlibelə gəlməsi, Zərnişan xanımın Çənlibelə gəlməsi, Ağca quzu qollarını göstərmək olar.

    Koroğlu dastanının qısa nəşr tarixi göstərir ki, o XIX əsrin başlanğıcından son dövrlərə qədər çox məşhur olmuş, variant baxımından ən çox yayılan dastan halına gəlmişdir. Ancaq həm ingilis, fransız, həm də ilk rus nəşrləri təhriflərlə doludur. Folklorluq baxımından bu nəşrlərin qüsurları çoxdur. Bunlara misal kimi şeir hissələrinin nəsrlə verilməsi, tərcümədə sərbəstlik, yersiz əlavələr kimi müxtəlif təhrifləri göstərmək olar. Çox təəssüflə demək lazımdır ki, Azərbaycan nəşrləri də arzu ediləcək səviyyədə deyildir.
#21.10.2011 20:53 0 0 0
  • sag olun ele mende bunu axtarirdim!!!

#10.10.2012 13:54 0 0 0
  • sağolun bundan bir az istifadə etdim

#18.10.2012 12:51 0 0 0