Quş südü tortu - Quş südü tortu terkibi - Quş südü tortunun hazırlanması



Tərkibi


9 ədəd yumurta
3 stəkan şəkər tozu
2 paket vanil
200 qram marqarin
1 stəkan ilıq süd
2,5 stəkan un
4 yemək qaşığı kakao
1,5 paket qabartma tozu
Bir çimdik duz


Hazırlanması

Yumurtanın ağını və sarısını bir birindən ayırın. Sarını 1,5 stəkan şəkər tozu və 1 paket vanil ilə birgə qarışdırın. Marqarini əlavə edib qarışdırmağa davam edin. Südü qarışıma yavaş-yavaş əlavə edin. Ayrı qabda un, kakao, qabartma tozu və duzu qarışdırdıqdan sonra onu yumurtalı qarıŞımın üstünə əlavə edin. Əldə edilən məhsulu yağlı kalqa kağızı ilə örtülmüş soba qabına tökün. 175 dərəcədə 50 dəqiqə bişirin. Sobadan çıxarandan sonra ilıqladın.

Ayrı bir qabda yumurtanın ağını vanillə qar kimi olana qədər mikserlə qarışdırın. Qalan şəkər tozunu yavaş-yavaş qarışığa əlavə edin. Əldə edilən məhlulu ilıq olan keksin üzərinə basmadan yayın. 180 dərəcəli sobada daha 20 dəqiqə bişirin.

Nuş olsun..

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 4057
favori
like
share