Özbək aşı - Özbək aşı terkibi - Özbək aşının hazırlanması



Terkibi:

450 q qoyun əti
250 q düyü
400 q yerkökü
120 q baş soğan
120 ml bitki yağı
duz
ədviyyat

Yağı dağ edib xırda doğranıb, suyu çay dəsmalı ilə qurudulmuş qoyun ətini qızardın. Sonra kubik doğranmış baş soğanı əlavə edin. Hazır olan əti çuqun qazana yığın. Üstünə bir lay saman kimi doğranmış yerkökü düzün. Çalışın, ətlə qarışdırmayasınız, həmçinin nə ət, nə də yerkökü qazanın divarına dəyməsin.
Düyünü yuyun. Kökün üstünə tökün. Əlinizlə üstünü hamarlayın. Duz, ədviyyat (zəfərən, zirə, zirinc) səpib düyünün üstünə 0,5 sm çıxanadək su əlavə edin. Qazanın ağzını yaxşıca bağlayıb 20-30 dəqiqə vam odda bişirin.
Vaxtaşırı qazanın qapağını açaraq taxta qaşığın qulpu ilə düyüdə xırda dəliklər açın, bu, düyünün yaxşı bişməsinə kömək edər.
Hazır plovu təpələmə boşqaba çəkin.

Nuş olsun...

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 4120
favori
like
share