Həyatın 40 qızıl qaydası nələrdir

1- Ucuz avtomobildən istifadə et, amma ala biləcəyin ən gözəl evi al.
2- Maraqlı üç lətifə öyrən.

3- Sevinclərini heç vaxt təxirə salma.
4- Həyat yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90 faizini meydana gətirər.
5- Hər gün 30 dəqiqə piyada gəz.
6- Hər yeməkdən əvvəl şükr et.
7- Bir yoldaşına sirrini açmazdan əvvəl iki dəfə düşün.
8- Maaşını verən şəxsləri heç vaxt tənqid etmə.
9- İtirəcək şeyləri olmayan insanlardan qorx.
10- Gözünün qarşısında həmişə gözəl şeylər saxla.
11- Uşaqların, adət sözünü eşitdiklərində Səni xatırlayacağı şəkildə yaşa.
12- Dininə aid kitabı tam mənasıyla oxumaq üçün özünə bir il vaxt ver.
13- Özünü və başqalarını bağışlamağı bil.
14- İlkin tibbi yardımı öyrən.
15- Biri səni qucaqladığında ilk buraxan sən olma.
16- Hər gün 8 stəkan suyunu içməyi unutma.
17- Səni sevən insanları qoru.
18- Çətin də olsa ailənlə tətil etmək üçün əlindən gələni et. Bu tətildəki anlar, həyatının qiymətli anlarından olacaq.
19- Özünə edilməsini istəmədiyin heç bir şeyi başqalarına etmə.
20- Müvəffəqiyyətə, daxili rahatlığa qovuşduğun, sağlam olduğun və sevildiyin zamanı qiymətləndir.
21- Yaxşı və müvəffəqiyyətli bir evliliyin iki şeyə bağlı olduğunu unutma: Birincisi doğru insanı tapmaq, ikincisi doğru insan olmaq.
22- Valideynlərini, həyat yoldaşını və uşaqlarını tənqid etmək istədiyin zaman dilini dişlə.
23- Xoşagəlməz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən.
24- Cəsarətli ol, həyatına çevrilib baxdığında etdiklərin üçün deyil etmədiklərin üçün kədərlənəcəksən.
25- Çox mükəmməl deyə dəyərləndirdiyin bir fikrə başqasının maneə törətməsinə icazə vermə.
26- Kefsizliklərini hiss etdirmə.
27- Necə bir duyğu olduğunu öyrənmək üçün 24 saat heç kimi və heç nəyi tənqid etmə.
28- Evliliyini gözəlləşdirmək üçün hər gün bir şeylər et.
29- Yaxşılıq dolu bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə.
30- Uşaqların haqqında başqalarına yaxşı bir şeylər danışarkən, qoy onlar da eşitsin.
31- Güc, sahib olduğun mallarla əlaqədar deyil. Unutma!!!
32- Uşaqlarını anlamağa çalış, danlamağa yox.
33- Qələm və bloknotunu daim yanında gəzdir.
34- Zaman və sözləri boş yerə xərcləmə, ikisi də çox qiymətlidir.
35- İnsanların etdikləri mənfi şeyləri deyil, irəlidə edəcəklərini düşün.
36- Səndən az ya da çox pulu olanlarla, pulun haqqında danışma.
37- Bir şeyi əldə etmək üçün çox səy sərf etdinsə, dadını çıxarmaq üçün zaman ayır.
38- Birinin qəhrəmanı ol.
39- Nəyi və kimi dəstəklədiyini insanlara söylə.
40- Yalnız sevgi üçün evlən.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 559
favori
like
share