Dişlerin ağarmasının ziyanı

Trend-in məlumatına görə, bu barədə "The Herald Sun" qəzeti xəbər verir.

Məlum olub ki, bəzi ağartma dəstlərində peroksidin təhlükəli qatılığı mövcuddur. Ekspertlər bu vasitələrdən istifadə nəticəsində zərərçəkənlərin olduğuna dair məlumat əldə ediblər.

Komissiyanın üzvü Sara Kortun sözlərinə görə, adamlarda kimyəvi yanıqlar, ağız boşluğunda, boğazda yara əmələ gəlməsi, dişlərdə həssaslığın artması, sancmalar və baş ağrıları qeydə alınıb. Həm də bu zaman dişlər qeyri-təbii rəng alıb.

Hazırda ev şəraitində dişlərin ağardılması üçün doqquz təhlükəli dəst aşkar edilib. Onlarda peroksidin qatılığı 6 faizi, peroksid karbomidin miqdarı isə 18 faizi ötür. Mütəxəssislər alıcılara ağardıcı maddələrin dəqiq qatılığının göstərilmədiyi dəstləri almamağı tövsiyə edirlər.

Alıntı..

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2477
favori
like
share