Diabet xəstələri niyə ağrıyır? - Diabet

Səkərli diabet xəstələrinin təxminən 50 faizi ağrılı diabetik neyropatiyadan əziyyət çəkirlər. Belə insanlar normal hərəkət edə, işləyə, yata bilmirlər. Həkimlər şəkər metabolizmindəki sapmaların ağrıya ifrat hissiyat yaratmasının səbəblərini anlamırlar.

İndisə ekspertlər hesab edirlər ki, səbəbkar qlükozanın böyük miqdarda ayırdığı metilqlioksal birləşməsidir. Bu birləşmə sinir sonluqlarında Nav1.8 proteinini dəyişir.
"Nəticədə, sinirlər ağrılara və temperatur dəyişikliklərinə ifrat dərəcədə həssas olur", - İngiltərədəki Uorvik Universitetinin professoru Pol Tornelli deyir.

Onun fikrincə, sözügedən birləşmənin orqanizmdən çıxarılması ağrının kəskinliyini azalda bilər.
Alimlər indi orqanizmdən metilqlioksalı kataliktik yolla çıxaran Glo1 enziminin konsentrasiyasını artırmağın yollarını araşdırırlar.

alıntı

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 378
favori
like
share