Təndir çörəkli pitsa terifi - Təndir çörəkli pitsa terkibi - Təndir çörəkli pitsanın hazırlanması



Terkibi:

4 kiçik təndir çörəyi
5 sosis (doğranmış)
100 qram servelad kolbasası (dilimlənmiş)
150 qram "həvəskar" kolbasası (dilimlənmiş)
2 pomidor
3 şirin yaşıl bibər
1 qırmızı bibər
140 qram holland pendiri (rəndələnmiş)
100 qram ağ pendir (rəndələnmiş)
100 qram göbələk
2-3 duzlu xiyar
1 çay qaşığı quru kəklikotu
1 xörək qaşığı tomat
1 stəkan ketçup

Təndir çörəklərinin üstünü bıçaqla alaraq incəldin, çörək böyük olarsa ortadan ikiyə ayırın. Çörəkləri azacıq isladıb üzərinə doğranmış inqradientləri düzün. Sonra tomatla ketçupu qarışdırın, çörəklərin üstünə tökün, axırda da pendirləri qoyun.
170 dərəcəyədək qızdırılmış sobadja 30-35 dəqiqə bişirin.

Nuş olsun...

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 778
favori
like
share