Leykozlu xəstələr necə müalicə olunsun?

Son güncelleme: 28.12.2011 17:23
  • Leykoz - Leykoz nedir?


    “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi tərəfindən reallaşan layihə iki ay davam edəcək

    Yaşadığımız XXI əsrdə tibb elmi nə qədər inkişaf etsə də, müasir avadanlılardan istifadə edilsə də, bəşəriyyət hələ də bir çox xəstəliklərin əlində acizdir. Ötən əsrin ən qorxulu xəstəliklərindən olan leykoz da bu sıradadır. Ötən əsrin ikinci yarısına qədər leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılsa da, sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, müalicə işlərinin təkmilləşdirilməsi bu anlayışı aradan qaldırdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlar arasında leykozdan tam sağalma şansı 70-75 faiz təşkil edir. Yalnız vaxtında düzgün aparılmayan müalicə isə xəstənin ölümü ilə nəticələnir. Tibbi və maddi yardım alan uşaqların isə təxminən 95 faizi tam sağalır. Azərbaycanda bu xəstəliyə düçar olan xeyli xəstə uşaq var. Ekspertlərin qənaətinə görə, leykoz xəstəliyinə məruz qalan uşaqların həyat keyfiyyətini yaxşılaşdırmaq, müalicənin müasir, yüksək keyfiyyətinə, təhlükəsizliyinə, sosial və tibbi reabilitasiyanın yaradılması üçün xəstə uşaqlar və ailə üzvlərinin maarifləndirilməsi zəruridir. “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi də bu məqsədlə «Leykozlu xəstələrin müalicəsi ilə bağlı maarifləndirmə» layihəsini həyata keçirir. İcrasına bu ayın əvvəlindən başlanılan layihə
    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. İki ay davam edəcək layihənin məqsədi leyköz xəstəliyi, ona yoluxma hallarının qarşısının alınması və müalicəsi ilə bağlı maarifləndirmə tədbirləri aparmaqla onların keyfiyətli müalicə almasına yardım etməkdir. Layihə çərçivəsində Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərinə səfər edilərək real vəziyyət araşdırılacaq. Leykoz xəstəliyinə yoluxanlarla söhbət apararaq onların rastlaşdıqları problemlər öyrəniləcək, həkim ekspertlərlə leykoz xəstəliyi ilə bağlı müsahibələr mətbuatda dərc etdiriləcək. Daha sonra isə Bakı şəhərində adidiyyəti dövlət orqanlarının nümayəndələri, leykoz xəstəliyinə yoluxan şəxslər, bu xəstəlyin daşıyıcısı olan uşaqların valideynləri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media işçilərinin iştirakı ilə dəyirmi masa keçiriləcək. Artıq layihənin icra planına uyğun olaraq rayonlara səfərlərə başlanılıb və paralel olaraq mətbuatda leykoz xəstəliyi ilə bağlı maarifləndirmə xarakterli yazılar dərc etdirilir.

    Alıntı..
#28.12.2011 17:23 0 0 0