İnsan simasının hərəkətləri, mimika və jestlər hələ ana bətnində yaranır

Bir qrup britaniyalı alimin apardıqları araşdırmalar nəticəsində bəlli olub ki, ana bətnində olan döl emosiyalarından asılı olaraq gülmək və ağlamağı bacarır.

"Scientist"ə istinadən bildirir ki, alimlər ana bətnindəki 33 həftəlik dölün hərəkətlərini 4D formatlı ultrasəslə müşahidə ediblər.

Müşahidələr döl 4 həftəlik olan vaxtda başlayıb. Darem Universitetinin professoru Ceyms Meyson, psixoloq Nadya Reysland, Lankaster universitetinin sosial statistika professoru Brayan Frensis və Midlsbrodakı universitet klinikasının əməkdaşı Karen Linklonun daxil olduğu qrupun araşdırmaları ana bətnindəki dölün qəmləndiyini, sevindiyini və hətta güldüyünü göstərib.

"Araşdırma zamanı ilk dəfə olaraq bətndəki dölün emosiyalarının kodlaşdırılması və təhlili sistemini də hazırladıq", - Linkoln deyib.


Alıntı..

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1729
favori
like
share
xeyala Tarih: 26.03.2013 12:00
TWK cox sagolun