Kəsmikli Peçenye terifi ve terkibi - Kəsmikli Peçenyenin hazırlanması



Tərkibi (25-30 ədəd üçün):

150 q kərə yağı və ya marqarin
150 q şəkər tozu
2 yumurta
200 q kəsmik
2 ç.q. qabartma tozu və ya 1 ç.q. söndürülmüş soda
200-250 q un
50 q günəbaxan tumu (təmizlənmiş)

Günəbaxan tumu əvəzinə xırdalanmış qoz-fındıq və ya xaş-xaş istifadə etmək olar.

Yağı şəkər tozu ilə qarışdırın. Yumurta əlavə edib qarışdırın. Kəsmik vurub qarışdırın. Qabartma tozu və un qataraq bərk olmayan xəmir yoğurun.
Xəmirdən xırda kündələr tutub yastılayın.
Sininin içini yağlayın, yaxud perqament döşəyin.
Peçenyeləri üstünə düzün.
Üzərinə tum səpin.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1358
favori
like
share