Soyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir.

Son güncelleme: 18.03.2012 02:22
  • Sağlam heyat terzi

    Soyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir.


    Çünki viruslara antibiotiklərin heç bir təsiri yoxdur. Antibiotiklərdən, sadəcə olaraq, orta qulaq iltihabı, sinuzit və bronxit zamanı istifadə etmək lazımdır. Düzdür, C vitamini sağlam həyat tərzi üçün vacibdir və antioksidant xassəyə malikdir, ancaq bu vitamin də nə qripi, nə də zökəmi müalicə edir.
    Vitamin çatışmazlığını dərman şəklində deyil, təbii qidalardan, məsələn, meyvə-tərəvəzlərdən, süd, qatıq kimi məhsullardan istifadə etməklə aradan qaldırmaq məsləhətdir.



    Müalicədə istirahət əsas şərtdir


    * Soyuqlama zamanı müalicə məqsədilə dərman qəbul etməyin.

    * Mümkünsə, ən azı 1-2 gün istirahət edin.

    * Bol isti maye qəbul edin. Cökə, adaçayı, nanə və limon çayları ideal vasitədir.

    * Mandarin, portağal, kök kimi meyvələrdən, hər növ tərəvəzdən bolluca yeyin.

    * Köklü, kartoflu, kərəvizli, soğanlı, cəfərili toyuq şorbaları soyuqlamanın qarşısını alır.

    * Otağınızın havası quru olmasın.

    * Qızdırmanız yüksəkdirsə, həkimlə məsləhətləşərək qızdırmanı aşağı salan dərman qəbul edin.

    * Uşağınızın burnu axarsa, öskürərsə, boğazı ağrıyarsa, azacıq qızdırması olarsa, o dəqiqə dərmanlara müraciət etməyin. Bu xəstəliklər müalicə edilsə də, edilməsə də, bir həftə ərzində keçəcək.

    alıntı..
#18.03.2012 02:22 0 0 0