Günəbaxan - Günəbaxan tumları cavanlaşmaga ne kimi xeyir verir?

Bəşəriyyət yaranandan insanlar ölməzliyin sirrini axtarıb tapmağa çalışıblar. Lakin hər dəfə də bu axtarışlar uğursuzluqla nəticələnib. Ən yaxşı halda onlar uzunömürlü olmaq üçün müxtəlif xeyirli vasitələr üzə çıxarıblar. Bu vasitələrin axtarışı müasir zamanda da elmin ən son yeniliklərinin tətbiqi ilə davam etdirilir. Lakin son araşdırmalar zamanı məlum olub ki, günəbaxan tumu insanı qocalmağa qoymur. Rusiya mətbuatının verdiyi məlumata görə, tumda A, D, və E vitamini cəmləşib. Bu və digər maddələr insan qanında xolesterinin səviyyəsini aşağı salır, qocalma prosesini zəiflədir. Amma məsələnin mənfi tərəfi də var. Bu, tumun tərkibindəki bitki yağının həcmi ilə bağlıdır. Bu üzdən çoxlu tum çırtlamaq artıq çəki problemi yarada bilər.

alıntı..

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1302
favori
like
share