Yağış yağır yaz yağışı Şerin oxu

___*______*______________________*_____*___

[SUB]Ürəyimin alovları sönməyəcək
Bilə bilə yağış yağır yaz yağışı
Fəryadları leysanlara dönməyəcək
Gilə - gilə yağış yağır yaz yağışı

Həsrət əydi torpağına dizlərini
Bu şəhərin göz yaşıdı qəm naxışı
Xatirələr düşmənidi izlərinin
Silə - silə yağış yağır yaz yağışı

Nisgilində səhra kimi düzləri var
Nəmli yaşlı intizarlı gözləri var
Sirli ahəng ürəyində sözləri var
Dine – dinə yağış yağır yaz yağışı

Yağdı bu gün divanənin hər sözünə
Yağıb dönsün ovuclarda qəm gölünə
Dilə sənsiz salam olsun sevgilinə
Dilə! Dilə! yağış yağır yaz yağışı

Alıntı..[/SUB]



___*______*______________________*_____*___

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1286
favori
like
share
Ceylan Tarih: 06.04.2012 21:17
bu gözəl şeirin qarşısında yorum yapmamak imkansz canm. çox teşekkür edirem seninle bahem inşallah
N.N. Tarih: 06.04.2012 13:41
Canım benim...Güzel üreklim...çox sağolasan...isterdim gözlerden...üzünden xoşbextlik sevinci yağışı yağsın...senin için dua ederim Gülüm..
Teşekkür ederim canım...beyenen ürekine sağlıkar...yorumuna sevindim...Öpdüm balım..:45::228:
Ceylan Tarih: 06.04.2012 08:07
Yağsın yağış..... qoy islatsın nemli-yaşlı gözlerimi
Yağsın yağış..... her damlada desin sene özlemimi

canım her zamanki kimi süpersen .. :45:
seher-seher çox duygulandırdın meni