Türk börekləri - Talaş böreyi

Son güncelleme: 19.05.2012 00:45
  • Türk börekləri - Talaş böreyi terifi ve terkibi - Talaş böreyinin hazırlanma qaydası

    noimage

    Tərkibi:

    500 q yağsız qoyun əti
    2 yumurta
    2 soğan
    2 st. un
    1 ç.q. duz
    yağ
    qara istiot

    Əti xırda doğrayıb 1 x.q. yağı və duzla qovurun. Sonra soğanı doğrayıb əlavə edin. Bir az su əlavə edin, tam hazır olanadək bişirin. İstiot vurun.

    2 st. unu su və duzla yoğurun. Kündələyib 1 sm qalınlığında yayın. 4 bərabər hissəyə bölün. İçi bərabər qaydada bu hissələrin üstünə yerləşdirin. Sonra hər birini boğça kimi bükün.

    Siniyə bükdüyünüz yer üzüaşağı olmaqla düzün, üzərinə yumurta sarısı çəkin. Sobada 180 dərəcədə bişirin.

    Nuş olsun!
#19.05.2012 00:45 0 0 0