Dondurma - Klassik qaymaqlı dondurma

Son güncelleme: 30.05.2012 00:05
  • Dondurma - Klassik qaymaqlı dondurma - Terifi ve terkibi - Klassik qaymaqlı dondurmanın hazırlanma qaydası

    noimage

    Tərkibi:

    4 yumurtanın sarısı
    150 q şəkər tozu
    200 ml qaymaq
    0,5 l süd

    Yumurtanın ağını sarısından ayırın (ağı lazımınız olmayacaq). Yumurta sarısını şəkər tozu ilə ağarıncayadək çalın, süd əlavə edib yaxşıca qarışdırın. Qaymağı ayrıca qatı köpük alınanadək çalıb yumurta sarısı ilə olan kütləylə qarışdırın.
    Əgər kənd toyuqlarının yumurtasından istifadə etmisinizsə, dondurmaya vanil vurun.
    Amma bu, hələ işin hamısı deyil. Hazır kütləni poladdan olan qaba tökün. Dondurucuya qoyun. Hər 40 dəqiqə-1 saatdan bir çıxarıb mikserlə çalın. Bu proseduru azı 3 dəfə təkrar etmək lazımdır. Belə dondurmanın hazırlanmasına təxminən 3-4 saat vaxtınız gedəcək.

    Nuş olsun..
#30.05.2012 00:05 0 0 0