Qısa bir zamanda necə arıqlayım?

Son güncelleme: 02.06.2012 21:57
  • Qısa bir zamanda arıqlama - Qısa bir zamanda necə arıqlayım?

    Pəhriz vasitəsilə qısa zamanda arıqlamaq istəyirsiniz? Təəccüblü deyil ki, qida rasionu və vərdişləriniz dəyişməyə başlayır. Ola bilsin, indi qəhvə içərkən daha az şəkərdən istifadə edir, yeməkdən imtina edib balaca porsiyalarla yeyir, iştahanı artıran qidalar az qəbul edirsiniz.

    Pəhriz üçün ən yaxşı vaxt isti aylardır, onda sizin niyyətiniz istək mərhələsi ilə tamamlanmır, əksinə, real hərəkətlərlə möhkəmlənir – buraya yemək rejiminin dəyişməsi, trenajor zalına yazılma və təmiz havada gəzintilər daxildir. Yaz və yay aylarında vücudunuzun mükəmməlləşdirilməsi sizi daha da maraqlandırır, buna görə siz bu yolda ciddi addımlar atırsınız. Ən yaxşısı pəhrizi mütəxəssis-dietoloqun köməyi ilə seçməkdir. Sizi məqsədinizdən döndərmək üçün yaranan ən əsas situasiyalar.

    1.Restoran və kafedə
    menyunu dəqiqliklə gözdən keçirin, yağlı və yüksək tərkibli sadə karbohidratlarla zəngin xörəklərdən imtina edin. Resepturaya dəyişikliklər etmək üçün ofisiantdan xahiş etməyi utanmayın (məsələn, daha az yağ istifadə etmək). Əgər menyuda mövsümə uyğun salatlar varsa, yaxşısı budur tunes, semqa, toyuq və ya hinduşkanın döş ətinə üstünlük verəsiniz. Evdə olan zaman siz situasiyanı kontrol edə bilirsiniz, ancaq kafedə lazım olandan çox yeməmək üçün aşpazın ustalığına güvənməli olursunuz.

    2.Aclığın hücumu
    Hərdən bu baş verir və dərhal qarşısını almaq lazım olur. Çalışın həmişə əlinizin altında mədəni doldurmaq üçün nəsə olsun, ancaq artıq kalori qəbul etmədən. Bu, pəhriz krekerləri, alma, badam ola bilər.

    3.Dost-tanış
    Sizi hər dəfə yedizdirməyə cəhd göstərən dostlar və tanışlardır. Onların sözünə baxmayın, sizin öz planlarınız var! Dəqiqəlik ləzzət sizin məyusluğunuza səbəb ola bilər. Yaxşısı budur əvvəlcədən pəhrizdə olduğunuzu hər kəsə bildirin.

    4.Kiçik zəifliklər
    Siz pəhrizi pozub dostlarınızla bayram şənliyinə qatılmısınız, belə halda nə etmək lazımdır? Belə hallar tez-tez baş vermirsə, bu, faciə deyil. Siz heç nə olmamış kimi, pəhrizi səhəri gün davam etdirə bilərsiniz. Əsas odur bü cür zəifliklər sonrakı qərarlara təsir etməsin.

    5.Fəallıq
    Artıq çəkidən can qurtara bilmirsiniz? Əgər siz həkim məsləhəti ilə tarazlaşdırılmış şəkildə qidalanırsınızsa, belə hallar olmamalıdır. Nədən imtina etmək əvəzinə həyatınıza daha çox fiziki fəallıq qatın. Bu sizə kalorini əritməyə kömək edəcək.

    6. Cazibədarlıq
    Və nəhayət, yadda saxlayın ki, hər şeyə şən və cəlbedici oyun kimi baxmaq lazımdır, müvəqqəti çətinliyi ciddi qəbul etməyin, özünüzə qarşı mərhəmət hissi oyatmayın. Əldə etdiyiniz nəticə gözəl əhval-ruhiyyə və kişilərin valehedici baxışları olacaq. Bu da öz növbəsində, bütün pis xatirələri silib aparacaq.

    Pomidor pəhrizi- Arıqlama

    Pomidor şirəsi orqanizmi toksinlərdən təmizləyir, ağır xəstəliklərə tutulma riskini azaldır.
    Anspress “Aysel” jurnalına istinadən yazır ki, pomidorla arıqlamaq mümkündür. Pomidor salatda, şorbada və sadəcə tərəvəz kimi çox ləzzətlidir. Onu pörtlətmək, qızartmaq, turşuya qoymaq olar, həmçinin onun vasitəsilə artıq kiloqramlardan can qurtarmaq olar. Pomidor pəhrizi ilin isti aylarında daha güclü təsirə malikdir. Bu pəhriz qışda da effektivdir, amma qış pomidoru yaydakına dad və vitamininə görə uduzur.

    haqqında evlilik kişi klimaksı siqaret körpənin yedizdirilməsi revmatizm infarkt ürəyin işemik xəstəliyi cinsi fəallıq ağıl

    You Are Here: Home » Dieta » Qısa bir zamanda necə arıqlayım? – CAVAB
    Qısa bir zamanda necə arıqlayım? – CAVAB
    Şərh yazın

    Ucuz və keyfiyyətli

    Pomidor pəhrizi bütün pəhrizlər arasında ən ucuzu və əlverişlisidir. Pəhriz belədir. Sizə 1,5 kq miqdarında pomidor lazımdır, onu 4 hissəyə bölərək gün ərzində qəbul etməlisiniz. Bir günə bir kq itirəcəksiniz. Belə effektivliyinə görə pəhriz 2 gün üçün nəzərdə tutulub. Ən cəsarətli xanımlar 3 gün də pəhriz tuta bilərlər, amma bundan çoxuna icazə verilmir.

    İkinci variant

    Daha bir pomidor pəhrizi var ki, birinci ilə müqayisədə daha doyumlu və asan olsa da, elə də effektiv deyil. İki həftə ərzində 5 kq arıqlamaq olar.
    Səhər yeməyi: Bir stəkan pomidor şirəsi, üzərinə yağsız kəsmik çəkilmiş iki dilim qara çörək, meyvə.
    Nahar: Bir stəkan pomidor şirəsi, 100 q suda bişirilmiş düyü (yağsız), tərəvəz, alma, 100 q suda bişirilmiş balıq.
    Şam yeməyi: Mal qiyməsindən kotlet, tərəvəz, 50 q suda bişirilmiş düyü, bir stəkan pomidor şirəsi.
    Bu pomidor pəhrizini 2 həftədən çox saxlamaq olmaz. Yalnız fasilədən sonra yenidən pəhriz saxlamağa icazə verilir.

    Pəhrizin faydası

    Alimlər sübut ediblər ki, tərkibində pomidor çoxluq təşkil edən pizza, spagetti kimi yeməklər dərini günəş yanmasına və qırışlara qarşı davamlı edir. İlk növbədə pomidor damarları tutulmadan qoruyur və qanı durulaşdırır. Ona görə də pomidor damar xəstəliyindən əziyyət çəkən və tromb yaranmasına meylli olan hər kəsə məsləhət görülür. Pomidor şirəsi orqanizmi toksinlərdən təmizləyir, ümumi vəziyyəti yaxşılaşdırır və ağır xəstəliklərə tutulma riskini azaldır. Hətta demək olar ki, gündəlik pomidor qəbulu bəzi onkoloji xəstəliklərin profilaktikasıdır. Pomidor dərini ultrabənövşəyi şüalardan qoruyur. Orqanizminizi vitaminlərlə zənginləşdirmək istəyirsinizsə, pomidoru çiy halda yeyin. Əgər müalicəvi təsir görmək istəyirsinizsə, bu tərəvəzi suda və ya buğda bişirilmiş halda qəbul edin.

    Kimə olar?

    Əlbəttə ki, istənilən pəhrizdə olduğu kimi, pomidor pəhrizi də idmanla məşğul olan zaman daha gözəl nəticələr verəcək. Heç olmasa, gəzintiyə çox vaxt ayırın. Bu pəhrizdən ancaq sağlam insanlar yararlana bilərlər, yəni mədə-bağırsaq xəstəlikləri olanlar pomidor pəhrizindən ehtiyatla istifadə etməlidirlər.

    Kökəlmək istəməyənlər yayda hansı qidalardan uzaq durmalıdırlar

    Yay mövsümü insanların ən çox əyləndiyi, tətilə getdiyi vaxtdır. İnsanlar gəzintiyə çıxır, təbiətdə manqal qalayır, dondurma yeyir, sərin su içirlər. Amma yayda üstünlük verdiyimiz bu cür qidalar artıq çəki olaraq geri qayıdır. Mütəxəssislər yayda ən çox çəki artıran 10 qidanı müəyyən ediblər.

    1. Manqalda ət-Manqalda qızardılan sosis ən çox çəki atıran bir nömrəli qidadır.

    2. Sosisli sendviç- Bir sendviçdə 320 kalori var. Amma bir sendviçlə doymaq çətindir.

    3. Kartof salatı-Sadə kartof salatında 436 kalori var. Ancaq eyni miqdarda kələm salatı sadəcə 150 kalori təşkil edir.

    4.Buzlu içkilər-Meyvələrin kaloriləri 245-490, 300-800 arasında dəyişir. Ən yaxşısı yayda ancaq su içməkdir.

    5.Dondurma- Bir qab dondurmanın tərkibində 380 kalori və 22 qram yağ var. Ancaq şokoladlı, badamlı dondurmalarda bu rəqəm iki dəfə artır.

    6. Qızardılmış kartof və pendir

    7. Qızardılmış toyuq salatı

    8. Çipslər

    9. Qızardılmış toyuq

    Alıntı..
#02.06.2012 21:57 0 0 0