Sumqayıt şeheri

Son güncelleme: 09.06.2012 22:23
  • Sumqayıt şeheri - Yaranma tarixi

    noimage

    Tarixçilər tərəfindən sübut olunub ki, Eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, sikkələr aşkar olunmudu və beləliklə bu yerdə qədim şəhərcik yerləşdiyi məlum olmuşdur.Şəhərin adıyla bağlı bir cox əfsanələr məlumdur. Bu əfsanələrdən birinə görə qədim keçmişdə belə bir hadisə baş verib:

    Şəhərdən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc varmış. Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa getdi. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran “ Sum qayıt, Sum qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da buna nail ola bilmir.

    Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası. Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.

    Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki: “ Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur yağış yağanda isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır.”

    Aparılan tədqiqatlara əsasən 7-ci əsrin əvvəlində Sumqayıtın ərazisində pers tayfaları yaşayırdı. Bu vaxtlar Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları keçirmiş və arxeoloji qazıntılar zamanı aşkar olunmuş körpü və karvansaray qalıqları bu fərziyyəni təsdiq edir. Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilmişdir. Fransız yazıçısı A.Düma 1858-ci ildə “Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasından söz etməkdədir.

    1935-ci ildə Ağır Sənaye üzrə Xalq Komissariatının Kollegiyasında Azərbaycanlı mütəxəssislərin iştirakı ilə qərara alınır ki, Abşeron yarımadasında İstilik Elektrik Mərkəzi və sənaye müəssisələrinin tikintisi üçün yer seçilsin. Bir müddət keçdikdən sonra yeni sənaye şəhərinin tikilməsi üçün Abşeron yarımadasının şimal-qərbində , Bakı şəhərinin 30-35 kilometrliyində Sumqayıt dəmir yolu stansiyanın yaxınlığında yer ayrıldı. Tikinti zamanı inşaatçıların qarşılaşdığı çətinlikləri təsvir etmək üçün onlardan birinin xatirələrinə müraciət edək :” Çox şiddətli küləklər inşaatçıların işini ləngidirdi: gün ərzində qazılan tranşeylər gecə yenidən qumla dolurdu... Bəzi barakları qum gecə boyunca elə örtürdü ki, bu barakı qumdan təmizləmək üçün iki, üç yük maşını lazım olurdu”.



    Şəhərin inkişaf mərhələləri



    1938-ci il – indiki İES-in yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı.

    1939-40-cı illər – Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri durdurulur.

    1941-ci il – İES işə düşdü və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanını verdi.

    1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi.

    1945-ci il – Sumqayıt Kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.

    1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.

    1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik Kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.

    1953-cü il Marten sobalarında ilk polad əridilməsi.

    1955-ci il Sumqayıt Alüminyum zavodu işə başladı.

    1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.

    1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.

    1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.

    1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.



    Bu vaxtlar Sumqayıt artıq keçmiş SSRİ-nin aparıcı sənaye şəhərlərindən biri kimi tanınmışdı.

    Alıntı..
#09.06.2012 22:23 0 0 0