Yarı Yolda Qoyma Meni - Cabir Novruz

Son güncelleme: 16.06.2012 22:49
  • Bu yol bir ömür yoludur,
    Yarı yolda qoyma məni.
    Sənsiz qarmı qorxuludur,
    Yarı yolda qoyma məni.

    Ömrümün kövrək çağıdır,
    Saçlarım olub ağımtıl.
    Bağıma xəzan yağıbdır,
    Yarı yolda qoyma məni...

    Sən ruhumsan, ürəyimsən,
    Təsəllimsən, köməyimsən,
    Ən çox indi gərəyimsən,
    Yarı yolda qoyma məni...

    Arxada yaz, qabaqda qış,
    Tufan, külək, soyuq, yağış,
    Əllərimdən möhkəm yapış,
    Yarı yolda qoyma məni...

    İllər alıb sağ-solumu,
    Havamın pisdir durumu,
    Sənsiz itirrəm yolumu,
    Yarı yolda qoyma məni...

    Sənsiz alar üstümü çən,
    İtər ayım, günüm, gecəm,
    Yolçum ol son mənziləcən,
    Yarı yolda qoyma məni...
#16.06.2012 21:09 0 0 0