Varikoz damar genişlənməsinin təbii üsullarla müalicəsi

Son güncelleme: 28.06.2012 18:09
  • Azərbaycan reallığı üçün aşağı ətraflarda varikoz damar genişlənməsi çox yayılmış bir haldır. Bu xəstəlikdən illər boyu əziyyət çəkənlərə tez-tez rast gəlmək olur. Xəstəlik və onun təbii üsullarla müalicəsi barədə bizə məlumat verən ekspertimiz həkim-loğman Seyfəddin Əsəd bildirir ki, bu xəstəlik zamanı ilk öncə damarlarda tromblar, tromboflebit əmələ gəlir:" Belə xəstələr bu zaman ayaqlarında şişkinlik və qıcolma hissiyatı yaşayır. Aşağı ətrafların venoz çatmazlığı fəsadlaşmalar xəstələrdə əmək qabiliyyətinin itirilməsinə səbəb olur. Xəstələr gecəni səhərəcən ağrıdan yata bilmir. Nəticədə trofik yaralar əmələ gəlir ayaqlarda. Əslində harda damar varsa bu xəstəlik orda rast gəlinə bilər. Ama əsas etibarilə ayaqlarda olur. Aşağı ətraflarda varikoz damar genişlənməsini özlüyündə 3 növə bölmək də olar: Ayaqlarda, budlarda və baldır nahiyəsində varikoz damar genişlənməsi.
    Xəstəlik zamanı damarların genəlməsi aşkar şəkildə özünü biruzə verir. Göyərmiş damarları gözlə görmək olur. Qırmızımtıl, qəhvəyi, göyərmiş ləkələr də ola bilər. Axşamlar belə insanlar haldan düşür, ayaqları şişir. Gündüzlər adi əmək fəaliyyətləri ilə məşğul olurlar, axşam isə yenə eyni vəziyyət təkrar olunur.
    Varikoz damar genişlənməsində cinsi faktor xüsusi yer tutur. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Qadınların 25%, kişilərin isə 17%-ə qədərini bu poblem narahat edir. Getdikcə bütün dünyada bu xəstəlik faiz etibarilə artır. Qadınlarda bu problemin çox olmasının məxsusi səbəbləri var. Hündürdaban ayaqqabıların çox və uzun müddət işlədilməsi də ciddi səbəblərdən biridir. Müvəqqəti gözəl görünmək xatirinə sağlamlıqlarını qurban verirlər. Oturaq işlər də səbəblərdən biridir. Belə adamlarda aşağı ətraflarda durğunluq yaranır. Venoz damarlarda qanın hərəkəti yavaşıyır, tromblaşma əmələ gəlir. Artıq çəkidən əziyyət çəkənlərdə də bu xəstəliyə rast gəlinir. Ayaqlara ağır yük düşür, damarlar da gücə düşür və nəticədə həmin xəstəliyin əmələ gəlməsi üçün səbəb yaranır.
    Qadınlar hamiləlikdən, doğuşdan sonra da aşağı ətrafların damar genişlənməsindən əziyyət çəkə bilərlər. Təbii bu adəti hal deyil. Ancaq hamiləlik də bir səbəb kimi nəzərə alınmalıdır. Yaxşı olar ki, ayaqlara hamiləlik vaxtı nə isə geyinsinlər, açıq saxlamasınlar. Bəzi nahiyələri yükdən qorunmaq üçün bağlamaq lazımdır. Fikir vermisinizsə, ağırlıq qaldırma ilə məşğul olan idmançılar dizlərini bağlıyırlar. Güçü dizə, qola verirlər. Damarlara düşən yükü yayındırırlar. Varikoz damar genişlənməsində irsi faktor da ciddi rol oynayır. Elə ailələr var ki, ata və ya ana tərəfdən nəsillərində əksəriyyət varikoz damar genişlənməsindən əziyyət çəkirlər."
    Seyfəddin Əsəd xəstəliyin müalicəsində təbii faktorlar o cümlədən zəli müalicəsinin əhəmiyyətindən bəhs etdi: “Varikoz damar genişlənməsi zamanı zəlidən istifadə əvəzedilməz rol oynayır. Onu da bildirim ki, belə problem zamanı qidalanma faktoru çox mühümdür. Düzgün qida vasitələrindən istifadə etməklə həm problemin qarşısını almaq, həm də elə müalicə olunmaq olar. Götürək elə zeytun yağını. Zeytun yağı ilə mütəmadi istifadə varikoz genişlənməsinin qarşısını alır. Xolesterin bildiyiniz kimi damarlarda kirəclənmə, durğunluq əmələ gətirir. Damarlar ayaqlarda kirəclənmə nəticəsində böyüyür. Bu baxımdan yağları zeytun yağı ilə əvəz etmək məslətdir. Varikoz damarların müalicəsində zəli böyük rol oynayır. Buna hirudoterapiya deyirlər elmdə. Zəli qanı duruldur. Zəli qoyulan orqanizmə hirudin fermenti buraxır. İltihab əleyhinə ferment, ağrıkəsici fermentlər buraxır. Ümumiyyətlə zəli 200 çox olduqca faydalı ferment ifraz edir. Bu fermentlər fabrik şəraitində istehsal olunmur.”
    “Spase” telekanalında şənbə günü efirə gedən “Çox yaşa” proqramında bu mövzuda əyani şəkildə danişan ekspertimiz S.Əsəd varikoz damar genişlənməsindən əziyyət çəkən xəstələr üzərində zəli qoymanı nümayiş etdirdi. Verilişdə 20 il varikoz damar genişlənməsindən əziyyət çəkən stomatoloq Səyavuş Səfərov bildirdi ki, Seyfəddin həkimin zəli müalicəsindən sonra xeyli yaxşılaşma əldə edib: “Xeyli müddət başqa müalicələr alsam da xeyri olmurdu. Kislovodskidə, Moskvada da oldum. Sağ ayağımda bu problem vardı. Həkimlər əməliyyatı vacib sayırdı. Lakin 2 kurs zəli müalicəsi məni sağaltdı. Daha doğrusu 70 faiz yaxşılaşmışam, ağrılarım da yoxdu. Müalicəni hələ davam etdirirəm.”
    Verilişdə praktiki olaraq Səyavuş həkimin ayaqlarına S.Əsəd tərəfindən zəli qoyuldu.
    Seyfəddin həkim əlavə etdi ki, zəli müalicəsi zamanı ayaqlarda şişkinlik azalır, ağrılar aradan qalxır, yaraların qarşısı alınır. Aşağı ətraflar gözəlləşir. Xəstədə əmək qabiliyyəti bərpa olunur. Qanı duruldur, qan dövranı yaxşılaşır. Ümumiyyətlə tromblaşma insana olduqca zərərlidir. İnsanda infarkt, insult baş verə bilər. Zəli qoyulanda artıq bu kimi ağırlaşmaların qarşısı alınır, problem öz həllini tapır.
    Damar problemləri ilə üzləşən insanların vaxtaşırı aspirin içdiklərini xatırladan Seyfəddin həkim vurğuladı ki, aspirini fasiləsiz içdikdən bir müddət sonra mədə xorasına səbəb olur: “Aspirini kəsəndə qanın durulaşması davam edir. Bəs nə etməli? Bu zaman məhz zəli köməyimizə gəlir. Tam təbii yolla aspirin effekti verir. Hətta həddən çox faydalıdır, xəstəni bütövlükdə müalicə edir. Zəli ilə kurs müalicəsi təminat verir ki, 6 ay müddətində qan qatılaşmayacaq.”
    Həkim-loğman vurğuladı ki, tər və ətir iyi gələn adama zəli qoymaq istəyəndə zəli ona yapışmır. Zəli təmizliyi sevir.
    Seyfəddin həkim varikoz genişlənməsinin müalicəsində digər məlhəmlər barədə də məlumat verdi: “Qozun göy formasını zeytun yağı ilə qatışdırıb 40 gün günün altında saxladıqdan sonra ayaqlardakı varikozların üstünə məlhəm kimi sürtmət çox gözəl effekt verir. Ağrıları və iltihabı götürür.
    Varikoz damar genişlənməsi zamanı yetişmiş pomidoru dilim-dilim doğrayıb genişlənmiş damarların üzərinə düzmək faydalıdır. 2-3 saatdan bir təzələmək lazımdır. Bu damarları gözəlləşdirir.
    Bu məqsədlə kartof da xeyirlidir. Kartofu ət maşını ilə püre halına salıb 1 sm qalınlığında varikoz damarların üstünə qoyub bağlamaq lazımdır. İmkan daxilində iş adamlarına hər axşam bunu qoymaq məsləhətdir.
    250 qram təmizlənmiş sarımsaq 350 qram da balı birlikdə qarışdırıb 7 gün qaranlıqda saxlıyırlar. Hər gün taxta qarışdışdırırlar. Sarımsağın antixolesterin xüsusiyyəti var. Sonra gündə 3 dəfə 1 xorək qaşığı ilə qəbul edilir. Varikoz damarlara qarşı çox gözəl effekt verir bu vasitə.
    Limon da xeyirlidir. Limon varikoz damarların genişlənməsinin qarşısını alır.
    Yenə təkrarən əlavə edim ki, zeytun yağı da çox əhəmiyyətlidir. Yağı damarın üzərinə dəfələrlə çəkəndə gözəl effekt verir.
    Seyfəddin həkim bir çox xəstəliklərin müalicəsində, eləcə də cavanlaşma və sağlamlıq mənbəyi olan arı məhsulları barədə ə məlumat verdi: “Çiçək tozunun tərkibi çox zəngindir: Zülallar 35% təşkil edir, karbohidratlar, fruktoza, saxaroza 40% təşkil edir. Mikroelementlər, kalium, kalsium, dəmir, amin turşular, kobalt, sink, A, D, B vitaminləri çoxdu tərkibində. Ona görədə çiçək tozunun farmokoloji təsiri də artır.
    Çiçək tozu qan yaratmaya kömək edir, ana südünü artıran ən qiymətli məlhəmlərdəmn biridir. Saçın dibini möhkəmləndirir, saç tökülməsinin qarşısını alır. Balla qarışdıranda müalicəvi effekti daha da artır. Çiçək tozunun anti iltihabi təsiri var, immuniteti qaldırır. Virusəleyhinə təsiri var, antioksidantdır. Orqanizmi zəhərlərdən, toksinlərdən təmizləyir. Hamilə qadınlar çiçək tozunu çox işlədərsə doğulacaq uşaq gözəl və sağlam olur, güclü olur, xəstəliklərə müqaaviməti güclü olur. Həm ana, həm də uşaq sağlam olur.
    Çiçək tozunu aşağı temperaturda və qaranlıqda saxlamaq lazımdır. Saxlanan qabın ağzı möhkəm bağlanmalıdır. Lakin balla qatışdırılanda saxlanmaqla bağlı problem yaranmaz. Çiçək tozunu 1 yaşa qədər olan uşağa da vermək olur. Anacaq allergiya, həssaslıq da yoxlanmalı, nəzərə alınmalıdır. Böyüklər gündə 2 qaşıq ağızda sora bilər.
    Seyfəddin həkim qeyd etdi ki, arı südü(propolis), çiçək tozu və balı bir yerdə qarışdıranda antibiotik kimi təsir edir. Çox güclü təsir edir 3 birlikdə. Bu 3-ü şəkər xəstəliyi zamanı çox gözəl effekt verir. Mədəaltı vəzin funksiyasına çox xeyirlidir.
    Çiçək tozu balla qarışdırılanda kosmetologiyada geniş istifadə edilir: Üzdə səpkilərə, sızanaqlara qarşı faydalıdır. Hətta psoriazda, ekzemada da faydalıdır.
    Çiçək tozunun rənginin müxtəlifliyi alınmış bitkilərin müxtəlifliyi ilə əlaqədardır. Əgər onun dənəsini yerə atanda bir növ top kimi yerə dəyib qalxanda bu onun təzəliyini göstərir.
    Çiçək tozu ginekoloji xəstəliklərdə də gözəl effekt verir.
    Hazırladı: Ramil Nəcəfli
    Yazının hazırlanmasında “Spase” telekanalında hər həftənin şənbə və bazar günləri saat 12.00-da efirə gedən “Saglam yaşa” verilişindən istifadə olunub
#28.06.2012 18:09 0 0 0