Sadə tort resepti

İnqradientlər:
1/2 st. bal
115 q və 50 q şəkər tozu (xəmir və krem üçün)
8 yumurta (6-sı xəmir üçün)
450 q un (krem üçün əlavə 3 x.q.)
1 ç.q. soda
1 l süd
200 q kərə yağı
100 q sürtgəcdən keçirilmiş şokolad

Hazirlanmasi:
Balı qarışdıraraq "su hamamı"nda əridin. Şəkər tozu əlavə edib əriyənədək qarışdırın. Azca soyudun, yumurta əlavə edib yaxşıca qarışdırın, sonra unla soda qatın. Bundan sonra xəmiri tez yoğurun.

Xəmiri uzun lülə formasına salın. 9 yerə bölüb 30 dəqiqəliyə soyuducuya yerləşdirin. Sonra 0,5 sm qalınlıqda yuxalar yayıb 230 dərəcədə sobada 10-12 dəqiqə bişirin. Soyudun. Kənarının artıqlarını kəsin.

Krem üçün 2 yumurtanı şəkər tozu ilə ağarıncayadək çalın. 3 qaşıq un əlavə edib çalmağa davam edin. Südü qaynadın və qaynar-qaynar yumurta qarışığının içinə tökün (eyni zamanda onu qarışdırmağı da unutmayın). Kremi "su hamam"ında qatılaşana qədər bişirin, yağ əlavə edib qarışdırın, soyudun.

Korjların üzərinə krem çəkin, bir-birinin üstünə yığın. Lap yuxarıdakı korjun da üzərinə krem çəkərək korj qırıntıları və sürtgəcdən keçirilmiş şokoladla bəzəyin.

Nuş olsun!

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 6381
favori
like
share