Kosido terifi ve terkibi - Kosidonun hazırlanması



Tərkibi:

bulyon üçün:
5 l su
250 q mal əti
200 q toyuq

küftə üçün:
250 q qiymə
50-70 q qan kolbasası (adi hisə verilmiş kolbasa da götürmək olar)
1 baş soğan
100 q sidr qozası
1 yumurta

təxminən 1 kq-dək (toplam) tərəvəz:
kartof
kələm (və ya gülkələmi)
yerkökü
göy lobya
pomidor
turp və ya boranı

Mal ətinin üstünə 5 litr sü tökün. Qaynara düşəndə kəfini yığın, 40 dəqiqə bişirin. Toyuğu əlavə edib daha 20 dəqiqə bişirin. Kəfini yığın.

Qiyməni blenderdə xırdalanmış kolbasa, soğan və sidr qozaları ilə qarışdırın. Yumurta əlavə edib, duz-istiot vurun, yoğurun.

Alınan qarışıqdan uzunsov küftələr tutun, bulyonun içinə salın. Suyun üzünə çıxan kimi kəfini yığın.

Sonra tərəvəzləri bişmə dərəcələrinə görə əlavə edin: kartof, yerkökü və balqabaq, yaşıl lobya, gülkələmi, pomidor.
Duz, istiot, zövqə görə digər ədviyyat əlavə edin. Tərəvəzlər yumşalanadək bişirin. Sonra göyərti və əzilmiş sarımsaq əlavə edə bilərsiniz.
Ocağı söndürəndən sonra şorbanı qapağı bağlı qazanda 15 dəqiqə saxlayın (dəm alsın deyə), sonra boşqablara çəkin.

Nuş olsun...

Etiketler:
Beğeniler: 2
Favoriler: 2
İzlenmeler: 299
favori
like
share