Biskotti terifi ve terkibi - Biskottin hazırlanşı



Tərkibi:

3 yumurta
1 st. şəkər tozu
limon sedrası
3 st. un
1 çimdik duz
qabartma tozu
1 x.q. üyüdülmüş qəhvə
100 q qoz
kişmiş

Yumurtanı şəkər tozu və sedra ilə çalın. Ayrıca qabda quru ərzaqları - un, duz, qabartma tozu, qəhvə, qoz, kişmişi - qarışdırın. Sonra yumurtaya əlavə edib qarışdırın. 4 yerə bölüb batonlar hazırlayın. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Sobadan çıxarandan sonra 5 dəqiqə soyudun, doğrayın, yenidən siniyə yığıb daha 8-10 dəqiqə bişirin. Çıxarıb sinini çevirin və daha 8-10 dəqiqə bişirin.

Üzərinə şokolad sousu gəzdirə, süfrəyə qəhvə ilə verə bilərsiniz.

Nuş olsun...

Etiketler:
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 291
favori
like
share