Çaylı-şokoladlı keksin terifi ve terkibi - Çaylı-şokoladlı keksin hazırlanma qaydası



Tərkibi (4 pay):

3 yumurta
2 st. şəkər tozu
1 st. çay dəmi
3/4 st. bitki yağı
2 st. un
1 st. kəpəkli un
1 x.q. kakao
1 ç.q. darçın
1 paket qabartma tozu

sous:
100 ml qaymaq
2 x.q. bal
2 x.q. quru çay
80 q bitter şokolad

Yumurtaları şəkər tozu ilə çalın. Otaq temperaturunda olan çay və bitki yağını əlavə edin, qarışdırın.

Ayrı bir qabda un, kəpəkli un və qabartma tozunu qarışdırın. Yumurtalı qarışığa əlavə edin, çalın.

Yağlanıb un səpilmiş siniyə boşaldın. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin.

Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Sous: qaymağı qazana töküb ocağın üstünə qoyun. Bal və quru çayı əlavə edin, vam odda çayın rəngi çıxana qədər qızdırın. Şokoladı bir qabda xırdalayın. Çaylı qarışığı süzgəcdən şokoladın üzərinə süzüb qarışdırın (şokolad əriməlidir).

Bu sousu keksin üzərinə gəzdirin. Dilimləyib süfrəyə verin.

Nuş olsun!

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 528
favori
like
share