İran ildə 30 nüvə bombası hazırlamaq niyyətindədir

Son güncelleme: 11.06.2013 06:00
  • Xeberler - Sosial xeberler


    İsrailin kəşfiyyat, strateji planlaşdırma və beynəlxalq münasibətlər üzrə naziri Yuval Ştaynits iyunun 10-da xarici jurnalistlərlə görüşdə bildirib ki., İrandakı rejim ildə 30 nüvə bombası hazırlamaq niyyətindədir.

    Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, qeyd edib ki,Tehran bir müddət öncə baş nazir Benyamin Netaniyahunun «qırımızı xətt» adlandırdığı yerə daha sıx şəkildə yaxınlaşır.

    Nazirin sözlərinə əsasən, İran təxminən 190-200 kq uranı 20 faiz səviyyəsində zənginləşdirib. İranlı mühəndislər 250 kq uran əldə etdikdən sonra onlar nüvə silahı əldə etmək üçün onun zənginləşdirilməsini 90 faizə yüksəldəcək.

    Ştaynits bildirib ki, Tehran rejimi hava zərbələrindən çox ehtiyat edir. Onun qənaətincə, İran hesab edir ki, belə kütləvi hücum bir neçə saatda ölkənin bütün nüvə obyektlərini məhv edə bilər.
#11.06.2013 06:00 0 0 0