Günün qoroskopu 05.08.2013

Son güncelleme: 05.08.2013 07:52
  • Ulduzlar bu güne ne ved edir - Günün qoroskopu 05.08.2013

    Qoç - Səhər saatlarından başlayaraq cəld və sayıq hərəkətlər tələb edən gündür. Yeni məqsədə, plana və layihəyə meyllənmək ağır deyil. Unutmağa çalışdığınız dəyər və ya münasibət gündəmə gələcək.
    Qohumlar, dostlar və yaxınlarla münasibətlərin dərinləşdirilməsi üçün əlverişli gündür.
    Ümumi fəaliyyət, maraq və ya problem çərçivəsində sıx əməkdaşlığa üstünlük verin.
    Günün ikinci yarısında mühüm iş görmək istəyirsinizsə, eyni vaxtda bir neçə istiqamətdə irəliləməyə başlamayın. Gərəksiz nevroz vəziyyət sizi kobud səhvlərə sürükləyə bilər.
    Axşam saatlarında istirahət edin. Təmasları bərpa edin, qarşılıqlı yardımlaşmanı unutmayın.

    Buğa - Şərtlər və ya ətrafınızdakı insanlar sizi seçimə vadar edə bilərlər. Həmin seçim, bəlkə də, indi yersizdir, sizə gərək deyil. Düşünün, perspektivlərinizi təhlil edin.
    Zərərli və təhlükəli oyundan çıxmağa çalışın. Sizi intriqaya salmağa, istəmədiyiniz işdə iştiraka cəlb etməyə çalışırlar.
    Nevrozlu gün osla da, hadisələrə intellektual yanaşma yaxşı nəticə verə bilər.
    Münasibətlər möhkəm deyilsə, görüşü təxirə salmaq və ya ümumiyyətlə ləğv etmək gərəkdir.
    Alış-verişdə spontan xərclər etməyin. Soyuqqanlı davranın.

    Əkizlər - İşlərə münasibətlərdə retro-mərhələ başlanır. Planlar dəyişəcək. Vədlər və öhdəlikləri xatırladacaqlar: onlardan yayınmaq çox çətindir.
    Dostlar qəfil təkliflə sizə üz tutacaqlar. Kimisə və ya nəyisə arayaraq internetdə, sosial şəbəkələrdə gərəkdiyindən artıq vaxt keçirməyin. İndiyədək aradığınızı bu gün tapacaqsınız.
    Mövqeyinizi aydınlatmaq, planlarınızdan bəhs etmək, nəyə can atdığınızı demək üçün əlverişli zamandır.
    Fəqət durumun mənzərəsini tam göstərmək üçün hansısa detal çatışmayacaq.
    Gələcəklə bağlı planlarda yeni impuls olsa da, yeni işə başlamağa tələsməyin.
    Götür-qoy edin, təhlilə varın.

    Xərçəng - Hansısa mövzunun çərçivələrinin sizə darlıq etdiyini hiss edə bilərsiniz. Eqoist, təşəxxüslü, özünüzə həddən ziyadə əmin olmayın. Planlar ən gözlənilməz şəkildə pozula bilər.
    Təşəbbüsü təxirə salın, yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırın. Müstəqil çalışırsınızsa, çətinlikləri, çin olmayan arzuları dəyərləndirərək fəaliyyət istiqamətini dəyişmək üçün əlverişli zamandır.
    Başqasının fəaliyyətini tələsik dəyərləndirməyin. Mövqeyiniz az sonra dəyişə bilər.
    Başqasının taleyinə, zəmanına və niyyətlərinə müdaxilə etməyin.
    Problemlərin həllinə yaradıcı münasibətə, qərarların orijinallığına can atın.
    Səhhətinizi qoruyun, özünüzü soyuğa verməyin. Ətrafınızda olan, sizdən zəif və daha az müdafiə olunan insanların qayğısına qalın. Şəxsi münasibətlərdə sizi nə isə narahat edirsə, söhbəti təxirə salmayın.

    Şir - Cari məsələlərdən biri xüsusi əhəmiyyət kəsb edir. Situasiyada önəmli dəyişikliklər yaşanacaq. Hadisələri tələsdirməyin, olaylara süni təkan verməyin.
    Günün sakit, rəvan keçəcəyini düşünməyin.
    Ailə üzvlərindən biri və ya tərəfdaşınız sürpriz edə bilər.
    Əvvəllər dil tapa bilmədiyiniz insanla indi ümumi məsələ sizi bir araya gətirəcək. Əsas odur ki, işin maraqları çərçivəsində davranın, ambisiyalar və iddialarınızı müvəqqəti də olsa, unudun.
    Rəğbət təzahürlərinə layiq olduqlarından artıq önəm verməyin. Tələsik dəyərləndirmə və addımlardan qorunun.
    Qəfil travma riski var.
    Ürək-damar sistemində problemləriniz varsa, yaşam və çalışmanın intensivliyini azaldın.

    Qız - Eyni vaxtda çox iş görməyə çalışmayın, diqqəti ən mühüm məsələyə yönəldin. Aktivliyiniz sədd, maneə, təxirəsalma, habelə birgə çalışdığınız insanın məsuliyyətsizliyi ilə üzləşə bilər.
    Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Planınızı yaxın ətrafınızdakı insanlara sakitcə, tələsmədən anladın.
    Günün ikinci yarısında ünsiyyətlər aktivləşəcək.
    Şəraitlə barışın, axınla üzün. Sizə bilavasitə dəxli olmayan məsələləri ürəyinizə salmayın. Seçim etmək, mövqelərinizi möhkəmləndirmək gərəkdirsə, fəal olun, ətrafınızdakı manipulyasiyaları zərərsizləşdirin.

    Tərəzi - Dostların, sizinlə həmfikir olan insanların problemlərini öz mənafeyinizdən üstun tutmayın. Öhdəlik və vədləri unutmayın. Ev işlərini arxa plana atmayın.
    Ümumi plan, sifariş və ya vəd barədə xatırlatma olarsa, sinirlənməyin, emosional davranmayın.
    Yaxın ətrafınızdakı insanlardan və ya dostlardan birinə yardım etmək fikrinə düşsəniz, çox düşünüb-daşınmayın.
    Günün ikinci yarısında sakit qalmağa, təkbaşına çalışmağa can atın. Başqalarının qarşısında öhdəlikləri aksiom saymayın.
    Tərəfdaş və ya şərik qəribə davranaraq öhdəlikləri poza bilər.
    Mübahisədə, müzakirələrdə, diskussiyalarda əvvəl bəyənmədiyiniz variant qəbul oluna bilər.

    Əqrəb - Müxtəlif istəklər və niyyətlər laüba yaradır. Təkmilləşmə, detallara diqqət, əvvəllər bacarmadığınız işlərin başa çatdırılması üçün yaxşı vaxtdır.
    Münasibətlərdə nüanslar və ünsiyyətin incəlikləri xüsusi əhəmiyyət kəsb edir.
    Situasiya əlverişli məcrada inkişaf edir. Səbirli olun, diqqətli davranın, yaşananları müşahidə edir. Görülən işin keyfiyyətini kəmiyyətə keçirin.
    Nüfuzlu insanlarla əlaqələr yenidən təhlil olunmalı, intensivləşdirilməli və dərinləşdirilməlidir.
    Əvvəlki sərmayəniz və gördüyünüz işlər barını verməyə başlayır.
    Diqqət yönəltməyin lazım olduğu nüanslardan xəbər verən siqnallarla işarələrə laqeyd qalmayın.

    Oxatan - Mühüm gündür. Şərtlər imkanlarınızı məhdudlaşdıracaq. Diqqətli olun, başladığınız işi yarımçıq qoymayın.
    Yeni layihənin hazırlıqlarının ərəfəsində laqeyd və ətalətli olmayın. Süst davransanız, rəqiblər və bədxahlar sevinəcəklər.
    Günün ikinci yarısında yeni işə start verin. Mövqeyinizi təhlil edin, düşünün, zəif məqamları aşkarlayın və qəti qərar qəbul edin.
    Yeni təcrübə əxz etmək zamanıdır.
    Təmaslar, toplantı, yazışma, səfər üçün əlverişli zamandır.
    Şəxsi münasibətlərdə sürprizlər ola bilər. Hadisələri tələsdirməyin, nüanslara diqqət yetirin.

    Oğlaq - İşdə yerdəyişmə, həyəcan yaradacaq xəbər ala bilərsiniz, diqqətinizi başqa işə yönəldin.
    Nəyisə dəyişməyə, yeni işə başlamağa, pul xərcləməyə tələsməyin. Sərmayə yatırmaq üçün sərfəli vaxt deyil.
    Bütün situasiyalarda həmkarlarla və yaxın adamlarla məsləhətləşin.
    İdeyalar, unikal həllər, problemlərin yaradıcı çözümü baxımından məhsuldar gündür.
    Fəaliyyətinizin təhlükəsizliyini təmin edin, hövlnak davranmayın. Sadə olun, təvazökarlığın üstünlük olduğunu anlamağa çalışın.
    Bəzi məqamlarda tələsmək gərəkdir. Astagəllik yaramır.
    Lakin ifrata vararaq yaşamı çətinləşdirməyin.
    Dostlarla görüş üçün yaxşı, risk və macəralar üçün pis gündür.

    Dolça - Harmonik, uğur vəd edən gündür. Son vaxtlaradək sizə maraqlı təsir bağışlayan məqamlar indi sönük görünür. Sizin üçün tamamilə yeni fəaliyyət sahəsində aktiv olmayın.
    Cari işləri yerinə yetirin, təxirə saldığınız planlar çərçivəsində görüləsi işləri tamamlayın.
    Hadisələr çoxdur və sizin üçün qəfil reaksiya verəcək olaylar baş verəcək.
    Tək qalsanız, informasiya alternativ kanalla alınacaq. İnternet vasitəsilə məlumatların əldə edilməsində fayda var.
    Bir işlə məşğul olanda başqasını da düşünün. Görüşlər qeyri-adi təəssüratlar vəd edir.

    Balıqlar - Aktivliyin zirvə nöqtəsi arxada qalıb və indi məqsədə doğru irəliləmək üçün sayıq, ehtiyatlı olmalısınız. Rəhbərlik sizə çox çətin tapşırıq verə bilər.
    Günün şərtlərinə aktiv şəkildə müqavimət göstərməyin. Fəndgir davranmağa imkan tapın. Sabah situasiya dəyişə bilər.
    Günün ikinci yarısında sizi izləyəcək, nəyi nə zaman etmək gərəkdiyi barədə məsləhətlər verəcəklər.
    Sizi bir yerə məhkum etməyəcək işlərlə məşğul olun.
    Təmasların əvvəlcədən təxminlənə biləcəyi çevrədə olun, ünsiyyətləri məhdudlaşdırın.
    Maraqlı informasiyanı arayın.
    Lazım olan bilgini qəflətən aşkarlaya bilərsiniz.
#05.08.2013 07:52 0 0 0