20 yaşında dəriyə qulluq - 30 yaşında dəriyə qulluq - 40 yaşında dəriyə qulluqDəriyə qulluq edərkən, dəri tipinə və yaşa uyğun qulluq etmək əhəmiyyət daşıyır.

20 yaşında dəriyə qulluq

20 yaşlarında dərimiz kafi miqdarda yağ ifraz etdiyi üçün yağla zəngin olan qidalandırıcı məhsula ehtiyac yoxdur. Nəmlənməyi təmin edən məhsuldan istifadə edə bilərsiniz. Nizamlı olaraq həftədə 1 dəfə pilinq edilməlidir.

30 yaşında dəriyə qulluq

30 yaşınızda dərinin özünü yeniləmə funksiyası yavaşlayır. Dərinin nəmlənməklə yanaşı, əlavə bəslənməyə də ehtiyacı var. Pilinqi həftədə 2 və ya 3 dəfə etmək lazımdır. Təmizləmə və pilinq əməliyyatını bir yerdə edən məhsullardan istifadə edə bilərsiniz.

40 yaşında dəriyə qulluq

40 yaş nəmləndiricilərlə yanaşı ton dəyişikliklərinin, dəri qırışlarının, elastiklik itkisinin başladığı dövrlərdir. 30 yaşında ləkə əleyhinə məhsullardan istifadə edilə bilər. Dərinin itirdiyi suyu geri qazandıracaq xüsusi qayğı məhsulları səhər və axşam tətbiq olunmalıdır.

Quru dəri üçün

Dəriniz çox qurudursa, tonikə ehtiyacınız yoxdur. Dərini qurutduqları üçün spirt əsaslı toniklərdən istifadə etməyin. Dərinizə buxar tətbiqini bir neçə dəqiqə davam edəcək şəkildə qısa edin.

Yağlı dəri üçün

Dərinizi həftədə bir dəfə ölü hüceyrələrdən təmizləyin. Dərinizdə iri həcimli məsamələr varsa, dərinizi lavandayla kompres edin. Bunun üçün geniş bir qabı ilıq suyla doldurun və içinə beş damcı lavanda yağı əlavə edin. Lavanda yağının qoxusunu içinə çəkərkən, təmiz parçanı ilıq suya salıb yaxşıca isladın və dərinizin hər yerinə çəkin. Lavandanın sərinləşdirici xüsusiyyətləri vardır, dərinizi təmizləyərkən eyni zamanda sinirlərinizi də sakitləşdirir.

Qarışıq dəri tipi üçün

Dərinizin harada nəmə ehtiyac duyduğunu (əsasən yanaqlar, alın və boyun bölgəsi) və harada daha yağlı olduğunu (əsasən burun, çənə və bəzən də alın) müəyyən edin. Üzünüzün fərqli bölgələri üçün fərqli maskalardan istifadə edin. Yağlı T bölgəsi üçün (yəni alın, burun və çənə) gil əsaslı maska üzünüzün daha quru bölgələri üçün daha nəmləndirici bir maska ​​seçin. Hava, stress və hormonlarınızın dərinizin nəm tarazlığını dəyişdirdiyini unutmayın.

Gənc dəri üçün E vitamini

E vitamini dəri hüceyrələrini yeniləyir, dərini günəşdən qoruyur və gənc qalmasını təmin edir.

Parlaq dəri üçün

Təbii parlaqlığın qaynağını qidalarda, idmanda və vitaminlərdə axtarın.

Dəri ləkələrini evdə həll edilməsi

Günəş, yaşlılıq, sızanaq və hamiləlik ləkələri... Bu ləkələrlə mübarizə aparmaq üçün mətbəxə keçməyiniz kifayətdir.

alıntı

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 362
favori
like
share